525.Az

Ukrayna azərbaycanlıları Həmrəylik Gününü qeyd edir- Foto


 

Ukrayna azərbaycanlıları Həmrəylik Gününü qeyd edir- <b style="color:red">Foto</b>

Vinnitsa vilayət dövlət admnistrasiyası rəsmilərinin, meriya və yerli deputatlar şurası təmsilçilərinin, diaspora və KİV-i nümayəndələrinin qatıldığı bayram şənliyində Ukrayna Azrbaycanlı Gənclər Birliyinin Vinnitsa vilaytət təşkilatının sədri Emin Adıgözəlov  çıxış edərək, 22 il bundan öncə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün tarixi əhəmiyyətindən danişıb. Belə bir milli məvkurə bayramına qatılanları qarşıdan gələn yeni il və həmrəylik günü münasibəti ilə təbrik edib .

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Mətbuat Xidmətindən 525.az-a verilən məlumata görə, Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanan tədbirdə  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək, Azərbaycanla Ukrayna arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində,o cümlədən Azərbaycan həqiqətlərinin  Ukrayna  ictimaiyyətinə çatdırılmasında  gənclərin üzərinə düşən öhdəliklərdən danışıb. “2013-cü il dövlətimiz və  xalqımız üçün ən yadda qalan illərdən biri oldu. Bu il Azərbaycan öz sosial iqtisadi inkişaf tarixinə qlobal layihələrin həyata keçirilməsi ilə  imza atdı deyən  Anar Tahirov  bu il yekdilliklə prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsini 50 milyonluq Azərbaycan xalqının  ən böyük uğurlarından biri kimi səciyyələndirib.“               

Qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə xalqımıza  xoş və səmimi arzularını çatdıran Vinnitsa  Dövlət Tibb Universitetinin Prorektoru Sergey Zaiko, Vinniça Vilayət Şurası Aparatının rəhbəri Svetlana Pustovit  2 il bundan öncə Vinnitsa vilayətində yaranmış  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin regional təşkilatının, Azərbaycanın zəngin mədəniyyətini,qədim tarixini və adət-ənənələrini özündə əks etdirən  çoxsaylı tədbirlər həyata keçirmələrindən məmnunluqla söz açıblar.Bayram şənliyində çıxış edən Fəridə Plaza Ticarət və Əyləncə mərkəzinin sahib  Eldar Nəzərov, SOKAR Ukrayna şirkətinin nümayəndəsi  Həzi Aslanov  və  digər şəxslər  təməli 1991-ci ildə qoyulmuş dünya Azərbaycanlılarının həmrəylik gününün müasir Azərbaycan tarixinin ən şanlı səhifəsinə çevrildiyini vurğulayıblar. Dünyanın müxtəlif ölkələrində  yaşayan və təhsil alan azərbaycanlı gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan  söz açan natiqlər , Vinnitsa vilayətində tarixi vətənimiz naminə səmərəli tədbirlər həyata keçirən azərbaycanlı gəncləri həmrəylik günü və yeni il münasibəti ilə  təbrik ediblər. Dünya Azərbaycanlılarının həmrəylik gününü xalqımızın birlik və məvkurə  bayramı adlandıran  gənclər  Vətən naminə həyata keçirtdikləri tədbirlərdə onlara daima  maddi və mənəvi dəstək verən Fəridə Plaza Ticarət və Əyləncə mərkəzinin sahibi,tanınmış iş adamı  Eldar Nəzərova dərin minnətdarlıqlarını bildiriblər. Təbdirdə  UAGB-in Vinnitsa Vilayət təşkilatının özfəaliyyət  ansanblının ifasında  geniş konsert və maraqlı ədbi bədii kompozisya  nümayiş etdirilib.

 





28.12.2013    çap et  çap et