525.Az

Bakının mərkəzində daha bir yerüstü keçid tikilir


 

Bakının mərkəzində daha bir yerüstü keçid tikilir<b style="color:red"></b> Nərimanov rayonu ərazisində, Atatürk prospekti 47 ünvanında  yerüstü piyada keçidin tikintisi davam etdirilir.
 
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, uzunluğu 86 metr, eni 3 metr, yerdən hündürlüyü 6,5 metrə yaxın olan piyada keçidində son tamamlanma işləri gedir. Keçidin dayaqları, qapalı hissəsi tikilib, eskalatorlar quraşdırılıb. 3 giriş-çıxışdan ibarət olacaq keçiddə hazırda şüşə hissəsinin montajı, döşəmə və divarların üzlənməsi işləri gedir. 2014-cü ildə yekunlaşması gözlənilən keçiddə izləyici kameralar, müasir işıqlandırma sistemi və müşahidə otağı nəzərdə tutulub.
 





28.12.2013    çap et  çap et