525.Az

Prezident yeni Dövlət Proqramını təsdiq etdi


 

Prezident yeni Dövlət Proqramını təsdiq etdi<b style="color:red"></b> Prezident İlham Əliyev “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, Dövlət Proqramının əsas məqsədi daşınmaz tarix və mədəniyyət abidələrinin bərpasını, qorunmasını, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsini və inkişafını təmin etməkdir.
 
Dövlət Proqramı daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, istifadə və idarə olunması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, qabaqcıl və mütərəqqi təcrübənin tətbiqi, zərurət yarandıqda həmin məqsədlərə beynəlxalq mütəxəssislərin cəlb olunması, daşınmaz mədəni irsin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə daşınmaz mədəni irsin, o cümlədən arxeoloji abidələrin inventarlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi, pasportlaşdırılması və müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, tarix və mədəniyyət qoruqlarının ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması işinin təkmilləşdirilməsi, həmin məqsədlə tarix və mədəniyyət qoruqlarının sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması, qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınması, pasportlaşdırılması, müasir tələblərə cavab verən məlumat bazasının yaradılması, tarix və mədəniyyət qoruqlarının maddi-texniki bazasının inkişafı, daşınmaz tarix və mədəniyyət abidələrində bərpa və konservasiya işlərinin aparılması, daşınmaz mədəni irsin qorunması üzrə hüquqi aktların təkmilləşdirilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin öyrənilməsi, o cümlədən turizm məqsədləri ilə onlardan istifadə imkanlarının araşdırılması, turizm məqsədləri ilə istifadə edilən daşınmaz tarix və mədəniyyət abidələrində və qoruqlarda müasir turizm infrastrukturunun yaradılması, daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması və bərpası üzrə yüksəkixtisaslı peşəkar kadrların hazırlanması, Azərbaycanın daşınmaz mədəni irsinin ölkə daxilində və beynəlxalq miqyasda təbliği və təşviqi istiqamətində tədbirlər həyata keçirəcək.
 
Dövlət Proqramının icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində Dövlət Proqramının icrasına məsul dövlət orqanları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə büdcədənkənar vəsaitlər, kreditlər və qrantlar hesabına maliyyələşdiriləcək.
 
Dövlət Proqramının həyata keçirilməsi yeni iş yerlərinin yaradılması, bölgələrdə əhalinin mədəni irsin qorunmasına cəlb edilməsinə səbəb olacağı gözlənilir.
 
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
 





28.12.2013    çap et  çap et