525.Az

2013-cü il nə ilə yadda qaldı?


 

2013-cü il nə ilə yadda qaldı?<b style="color:red"></b>

" Yol" Vətəndaş Hərəkatı "2013- il ilə yadda qaldı 2014- ilə ilə gedirik" adlı silsilə müzakirələrə start verib.

Müzakirələrdə Şahdəniz konsorsiumunun Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz qaz yatağının Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını imzalamasının 2013- ilin ən yadda qalan hadisəsi olduğu bildirilib. Müzakirədə qeyd olunur ki, bu qərar Azərbaycan Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir: "Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. Bu böyük investisiya layihəsi Azərbaycanın daxil olan regionların, ölkələrin inkişafına yol açır. Azəri-Çıraq-Günəşli layihəsindən sonra Şahdəniz Azərbaycana iri gəlirlər gətirən ikinci ən böyük layihə olacaq. Bu layihə Azərbaycan daxil olmaqla Gürcüstan, Türkiyə Avropada boru kəmərlərinin marşrutu boyunca on minlərlə yeni yerləri açacaq. Şahdəniz Azərbaycanın müstəqilliyinin möhkəmlədilməsində, təhlükəsizliyinin təminatında da ciddi rol oynayır. Artıq ölkəmizin təhlükəsizlik qarantı həm ABŞ, həm Avropa Birliyidir. Azərbaycan dünyanın ən mürəkkəb layihələrindən birinə imza atmaqla, dünyada önəmini nəinki artırdı, həm xalqımızın başını digər xalqlar yanında daha da uca etdi. Bu gün bizim xalqımız avropalıların enerji təhlükəsizliyini təmin edən ölkələrdən birinə çevrilib".

Növbəti müzakirədə bildirilir ki, ölkə tarixində 2013- il üçün ikinci yadda qalan hadisə Azərbaycanın fevralın 8- kosmosa "Azerspace-1" süni peykini buraxıb kosmos ölkələri ailəsinə qovuşması olub. Fransa Qvianasının Kuru kosmodromundan Azərbaycanın ilk peyk proqramının reallaşdırılmasından əldə etdiyi gəlirləri mənfəətləri diqqətə çatdırılıb: "Hazırda Peykin köməyi ilə 70 televiziya radiokanal yayımlanır ki, bunun da 19-u yerlidir. İlk öncə belə fikirlər var idi ki, bu layihə iqtisadi cəhətdən rentabelli olmayacaq. Amma ilk ilində xərclərini ödəyərək, gəlir gətirməyə başladı. Bu layihə Azərbaycanın imza atdığı ən yadda qalan layihələrdən biridir".

Üçüncü ən yadda qalan hadisə kimi isə Avropa Birliyi ilə Azərbaycan arasında vizanın sadələşdirilməsi sazişinin imzalanması göstərilir.

Müzakirədə noyabrın 29-da Vilnüsdə keçirilən Şərq tərəfdaşlığı sammitində Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi sazişi imzalanmasının ölkəmizə vətəndaşlarımıza kimi fayda verəcəyi açıqlanıb: "İlk öncə, Azərbaycanın qanunları Avropa Birliyi standartlarına uyğunlaşdırılacaq. Bu sazişin reallığa çevrilməsi Azərbaycanla birlik arasında assosiativ müqavilənin reallaşdırılmasına təkan verəcək. Bununla bərabər, anlaşma növbəti mərhələdə Azərbaycan vətəndaşlarının Avropaya vizasız səfəri üçün zəmin yaradacaq. Viza rejiminin sadələşdirilməsi ölkə vətəndaşlarının daha sadə asan mexanizmlərlə viza almasını təmin edəcək. Uzunmüddətli vizalarda Şengen ölkəsində qalmaq müddəti 90 gündən 180 günədək artırılacaq. Əvvəllər uzunmüddətli, məsələn, 3 illik Şengen vizası alanlar üçün birlik ölkələrində maksimum qalma müddəti 3 ay idi, indi bu rəqəm 6 ay olacaq. Bundan başqa, uzunmüddətli vizaların müddəti 3 ildən 5 ilədək uzadılacaq. Şengen vizasının rəsmiləşdirilməsi üçün tələb edilən viza haqqı 60 avrodan 35 avroya endiriləcək. Müəyyən kateqoriya Azərbaycan vətəndaşları Şengen vizalarını pulsuz əldə edəcəklər. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir. Əlavə olaraq, vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq. Bununla bərabər, vizanın alınması üçün tələb edilən sənədlərin sayı kifayət qədər azalacaq. Ən önəmlisi isə, Şengen ölkəsində olan viza müddəti başa çatan Azərbaycan vətəndaşları Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar".

" yol" qeyd edib ki, 2013- il 9 oktyabrda növbəti prezident seçkilərinin keçirilməsi ötən il üçün dördüncü ən yadda qalan hadisədir: "Seçkilərin müxtəlif ekspertlər tərəfindən çətin bir şəraitdə keçiriləcəyi söylənilirdi. Rusiyanın ölkəmizdə inqilab etmək niyyəti ortaya atılmışdı. Hətta, Ərəb inqilablarının da davamının Bakıya çatacağı deyilirdi. Amma tarix xalq göstərdi ki, Azərbaycan xalqı daha yetişgən daha müdrikdir. Müxalifət ya iqtidar olub olmamasından asılı olmayaraq xalqımız siyasi mədəniyyət nümunəsi göstərdi. Bu fakt ən yadda qalan hadisələrdən birinə çevrildi. Seçkilər ərəfəsində xalqın həm beynəlxalq hadisələr, onların analizi, ölkəmizə təsiri, seçki maarifləndirilməsi barədə " Yol" Vətəndaş Hərəkatının gördüyü işlər innovasiya yanaşmalar baxımından yadda qalan oldu. Apardığımız müxtəlif kampaniyalar həm internet məkanına yeniliklər gətirdi, həm sosial şəbəkələrə baxışı dəyişdirdi".

Müzakirədə isə beşinci ən yadda qalan hadisənin Vyanada Azərbaycan Ermənistan prezidentləri arasında Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı keçirdiyi görüşün olduğunu vurğulanıb. Müzakirədə danışıqlar prosesinin bərpasının ekspertlər siyasi təhlilçilər tərəfindən analoji olaraq dəyərləndirildiyi göstərilib: "Əgər Azərbaycan tərəfi görüşlərin bərpasına razılıq veribsə, demək ki, ortada hasısa razılaşma var. Bu razılaşma nədir? Bunun olduğunu Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu dilə gətirdi. Ermənistan Dağlıq-Qarabağdan kənar işğal etdiyi bir neçə rayonu azad etməyə razılıq verib. Türkiyə isə bunun müqabilində Ermənistanla sərhədləri açacaq Sürix prosesinə - Ermənistan Türkiyə arasında imzalanan protokol yeni nəfəs alacaq. Danışıqlar davam edir. Prosesə Türkiyə qoşulub. Tərəflər arasında xarici işlər nazirləri səviyyəsində bir neçə görüş artıq keçirilib. Növbəti görüş isə 2014- ilin əvvəllərində iki prezident arasında keçiriləcək".

AQİL

 





28.12.2013    çap et  çap et