525.Az

Slavyan Universitetində xeyriyyə tədbiri


 

Slavyan Universitetində xeyriyyə tədbiri<b style="color:red"></b>

Bakı Slavyan Universitetində əlamətdar günlərin özünəməxsus tərzdə keçirilməsi artıq uzun illərdir ki, ənənə halını alıb. Bu sıradan ilin son təqvim bayramı olan Yeni ilə keçid , təbii ki, daha şövqlə, daha həvəslə qeyd olunur. Bu günlərdə BSU-nun Alman filologiyası kafedrasının təşəbbüsü ilə kafedranın müəllimləri tələbələrlə birgə "Milad" bayramı təşkil etmişdi. Tədbirin təşəbbüskarları təşkilatçıları kafedra müdiri dos. Sevinc Rzayeva, kafedranın müəllimləri - baş müəllimlər Məmmədova Fəridə, İbrahimova Sahibə, Səlimova Fatimə, müəllimlər Həmidova Ülkər, Bəhramzadə Yelena başqaları idi. Tədbirdə fakültənin dekanı dos. İbrahimpaşa Babayev, kafedranın müdirləri prof. İlyas Həmidov, dos. Xalidə İsazadə, Firuzə Bayramlı, Janna Əliyeva, Alman-Azərbaycan cəmiyyətinin sədri prof. Çingiz Abdullayev, DAAD-nin əməkdaşı kafedranın müəllimi Nina Simon iştirak edirdilər.

Almanca "Weihnachten" (Yeni il) adı almış mərasimdə Alman filologiyası kafedrasının müdiri dos. S.Rzayeva ilk öncə qonaqları salamladı tədbir haqqında qısa məlumat verdi. Mərasimin davamı IV  kurs tələbəsi Gülçin Hüseynova tərəfindən aparıldı.

Tədbirdə tələbələr maraqlı səhnəciklər, musiqi nömrələri şeirlərlə çıxış edərək qonaqların alqışını qazandılar. Sonda fakültənin dekanı dos. İ.Babayev DAAD-nın əməkdaşı Nina Simon tədbir haqqında öz ürək sözlərini dedilər. Bədii hissədən sonra tələbələrin alman reseptləri ilə hazırladıqları şirniyyat salatlar "Milad Yarmarkasında" xeyriyyə məqsədi ilə satıldı. Yarmarkadan yığılan vəsaitlə uşaq evlərindəki kimsəsiz xəstə uşaqlar üçün Yeni il hədiyyələrinin alınması nəzərdə tutulub. Həmin hədiyyələr tələbələr tərəfindən ünvanlarına çatdırılaraq həmin  uşaqlara təqdim ediləcək.

Günay  ƏLİYEVA

 





28.12.2013    çap et  çap et