525.Az

Bakıda daha bir nəfər özünü yandırdı


 

Bakıda daha bir nəfər özünü yandırdı<b style="color:red"></b> Bu gün Bakıda 46 yaşlı kişi özünü yandırıb.
 
Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində, metronun “Xalqlar dostluğu” stansiyasından Günəşliyə gedən yolun üzərində, “İnterpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında 40-50 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.
 
Lent.az-ın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs 1967-ci il təvəllüdlü Ələkbərov Arzu Sultan oğludur. O 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
 
Qeyd edək ki, 3 gün əvvəl Bakının mərkəzində Qarabağ əlili də özünü yandırmışdı.
 





28.12.2013    çap et  çap et