525.Az

Özünü yandırmış Qarabağ əlili dünyasını dəyişdi


 

Özünü yandırmış Qarabağ əlili dünyasını dəyişdi<b style="color:red"></b> Dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov bu gün dünyasını dəyişib.
 
Bu barədə APA-ya “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu məlumat verib.
 
Onun sözlərinə görə, Z. Həsənov bir qədər öncə müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
 
Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Dadaş Hümbətov APA-ya Z. Həsənovun ölüm xəbərini təsdiqləyib. O bildirib ki, axşam saatlarında xəstənin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.
 
APA-nın 5 saylı şəhər Klinik Xəstəxanasında olan müxbirinin verdiyi xəbərə görə, artıq Z. Həsənovun meyiti ailəsinə təhvil verilib.
 
5 saylı şəhər Klinik Xəstəxananın baş həkimi Ziya Əsədov APA-ya bildirib ki, Z. Həsənov saat 22.25-də dünyasını dəyişib: “Biz onun həyatını xilas etmək üçün səy göstərdik. Sadəcə, yanıq xəsarətləri ağır idi və bütün səylərimizə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmadı”.  
 





29.12.2013    çap et  çap et