525.Az

“Dədə Qorqud” əsasında çoxseriyalı bədii televiziya filmi çəkiləcək


 

“Dədə Qorqud” əsasında çoxseriyalı bədii televiziya filmi çəkiləcək<b style="color:red"></b>

Prezident İlham Əliyev “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında sərəncam imzalayıb.
 
Lent.az-ın məlumatına görə, “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilişi ilə bağlı ədəbi ssenarinin hazırlanması və təşkilati məsələlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə 1 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilib. 

 





29.12.2013    çap et  çap et