525.Az

FHN xəbərdarlıq edir: yeni il şənliklərində təhlükəsizliyə riayət edək


 

FHN xəbərdarlıq edir: yeni il şənliklərində təhlükəsizliyə riayət edək<b style="color:red"></b>

Yeni il münasibətilə  keçirilən tədbirlərdə, xüsusən Yeni il şənliklərində insanların kütləvi şəkildə toplaşmasını, bu tədbirlərdə məktəblilərin, azyaşlıların daha çox iştirak etməsini nəzərə alaraq    yanğın təhlükəsizliyi məsələlərinə daha ciddi diqqət yetirilməlidir. Bəzən böyüklər tərəfindən yanğın təhlükəsizliyinə laqeyd münasibət, uşaqların nəzarətsiz qalması, yanğın təhlükəsizliyi qaydalarının müxtəlif  formalarda pozulması bayram şənliklərinin xoşagəlməz hadisələrlə bitməsinə gətirib çıxarır. Buna görə Yeni il şənliklərini təşkil edərkən   yanğın təhlükəsizliyi tədbirlərinin  düzgün həyata keçirilməsini bilmək, müvafiq maarifləndirmə işlərini aparmaq, yanğın təhlükəsizliyi qaydalarına azyaşlılar məktəblilər tərəfindən əməl olunmasına nəzarət etmək vacibdir.

Mədəni-maarif ocaqlarında, tədris müəssisələrində, məktəblilərin, azyaşlıların çox toplaşdığı yerlərdə Şam ağacı xaricə iki sərbəst çıxış yolu olmaqla, ikinci mərtəbədən yuxarı olmayan, yanmayan arakəsmələri olan otaqlarda qurulmalıdır.

Yeni il şənlikləri keçirilən binalar yanğın təhlükəsizliyi ilə bağlı tikinti norma qaydalarına tam cavab verməlidir.

Birinci mərtəbədəki ehtiyat çıxış yolu birbaşa küçəyə yaxud ikinci mərtəbədən qısa dəhlizlə birbaşa pilləkən qəfəsinə çıxmalıdır. Şam ağacı qurulan binaların divarları, üst örtüyü arakəsmələri odadavamlı olmalıdır. Yolka şənliyi keçirilən otaqların qapıları mütləq çölə açılmalıdır. Gündüz axşam şənlikləri zamanı qapılar açıq saxlanılmalıdır. Ehtiyat çıxış qapıları üzərində yaşıl elektrik işığı ilə "çıxış" sözü yazılmış göstərici lövhə asılmalıdır. Şam ağacı qurulmuş otaqların yaxınlığındakı dəhlizlərin, foyelərin s. ehtiyat çıxış qapıları da bu cür işıqlandırıcı göstəricilərlə tez açıla bilən cəftə ilə təmin olunmalıdır.

Şam ağacı qurularkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl  edilməlidir. Birinci növbədə şam ağacı yerə möhkəm bərkidilməli, bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki,  onun budaqları tavana divarlara toxunmasın. Şam ağacını işıqlandırarkən yalnız elektrik cərəyanından zavodda hazırlanmış standarta uyğun elektrik qurğu cihazlarından istifadə olunmalıdır. Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı bu zaman gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır. Şam ağacına quraşdırılmış elektrik naqilləri işıqlandırma lampaları saz olmalı etibarlı izolə edilməlidir. İşıqlandırma zamanı nasazlıq aşkar edildikdə (naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda s.) dərhal onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.

Yolka işıqlandırılarkən istifadə olunan elektrik naqilləri birbaşa avtomat qurğu vasitəsi ilə elektrik şitinə yaxud razetkaya qoşulmalıdır. Elektrik naqillərini bir-biri ilə birləşdirdikdə mütləq lehimləmə, presləmə qaynaq etmək üsulundan istifadə edilməlidir. Naqilləri bir-birinə başqa vasitələrlə birləşdirmək qəti qadağandır.

Bütün bunlarla yanaşı yadda saxlamaq lazımdır ki, şam ağacını - yolkanı işıqlandırarkən elektrik təsərrüfatı ilə bağlı bütün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır.

Unutmaq olmaz ki, Şam ağacı şamlarla işıqlandırmaq ciddi yanğın təhlükəsi yaradır. Yeni il şənliyi keçirilərkən şamlardan, atəşfəşanlardan istifadə etmək olmaz. Şam ağacının  tezalışan materiallardan hazırlanmış oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqla bəzədilməsi olduqca təhlükəlidir. Bu səbəbdən Şam ağacını oddanqoruyucu maye hopdurulmamış pambıqla bəzəmək,  budaqlarından tezalışan  materiallardan hazırlanmış oyuncaqlar asmaq, yolkaya bertole duzu  səpmək qadağandır.

Yeni il şənlikləri zamanı pambıqdan, tənzifdən, kağızdan digər tezalışan materiallardan tikilmiş paltarlar geymək olmaz.

Şam ağacının quraşdırıldığı otaqlarda atəşfəşanlıq düzəltmək, benqal şamları yandırmaq qadağandır.

Yeni il şənliklərinin  keçirildiyi otaqlarda işıqlandırma sistemi olmadıqda tədbir yalnız  gündüzlər keçirilməlidir.

Yeni il şənliklərinin  keçirildiyi bütün yerlər dövlət yanğın nəzarəti qurumlarının nəzarətində olmalıdır. Şənliyin  təşkilatçıları, onun hər bir iştirakçısı həmin qurumların əməkdaşlarının yaxın köməkçisi olmalı, Şam ağacı qurulan zaman yanğına qarşı qaydaların yerinə yetirilməsinə nəzarət etməli, yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunmuş halların aradan  qaldırılması üçün müvafiq tədbirlər görməlidirlər.

Yeni il şənlikləri keçirilən yerlərdə texnoloji avadanlıqlar, qızdırıcı cihazlar normal rejimində olmalı, onlar yanğın cəhətdən təhlükəsiz vəziyyətdə işləməlidirlər. Yeni il şənliklərindən əvvəl bütün təhlükəli nasazlıqlar qəza halları aradan götürülməlidir. Şənliklər keçirilən hər bir yerdə baş verə biləcək yanğının həcmini nəticəsini məhdudlaşdıran zəruri müdafiə tədbirləri nəzərdə tutulmalıdır.

Yeni il şənlikləri keçirilən müəssisələrdə yanğın təhlükəsizliyinə müəssisə rəhbərləri məsuliyyət daşıyırlar. Müəssisə rəhbərləri tərəfindən  yeni il şənlikləri keçirilən yerlərin yanğın təhlükəsizliyinə məsul şəxs ayrılmalı,    şənlik keçirilərkən sinif rəhbərləri, müəllimlər, tərbiyəçilər yanğın təhlükəsizliyi  yanğın zamanı təxliyə tədbirləri ilə  əlaqədar təlimat almalıdırlar. Yeni il şənlikləri keçirilən yerlər ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Yeni il şənlikləri zamanı aşağıdakılar qadağan olunur:

- otaqların pəncərələrində dəmir barmaqlıqlar olduqda tədbirlərin keçirilməsi;

- atəşfəşanlıq məqsədilə partlayıcılardan, güclü projektorlardan, şamlardan, fişənglərdən digər yanğın təhlükəli işıqlandırıcı maddələrdən istifadə edilməsi;

-  tədbir zamanı qaynaq, rəngləmə digər yanğıntörədici partlayış təhlükəli işlərin görülməsi;

- oturacaqların ara məsafəsinin azaldılması, əlavə stul kreslolar qoyaraq cərgəarası keçidlərin bağlanması;

-  tamaşa vaxtı zalın işığının tam söndürülməsi;

- nəzərdə tutulduğundan artıq insanların zala buraxılması;

- yanğın təhlükəsizliyinə cavabdeh olan növbətçilərin yanğın təhlükəsizliyi orqanı əməkdaşlarının olmadığı zaman tədbirlərin keçirilməsi.

Unutmaq olmaz ki, yalnız göstərilən qaydalara   ciddi riayət etməklə Yeni il şənliklərini bədbəxt hadisələrsiz keçirmək olar.

Əzizə Lalayeva

Fövqəladə halların xəbərdar  edilməsi Baş idarəsinin baş zabiti,
baş leytenant

 





29.12.2013    çap et  çap et