“Zirə”nin baş məşqçisinin adı məlum olub.
Qol.az-ın xəbərinə görə, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Komandanın yeni baş məşqçisi Rəşad Sadıqov olub. Gənc mütəxəssislə 3 illik müqavilə bağlanıb.
“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədov Rəşad Sadıqovun komandaya baş məşqçi təyinatı ilə bağlı açıqlama verib.
O, klubun saytına bildirib ki, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə ediblər:
“Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.
Qeyd edək ki, R.Sadıqov ötən ay futbolçu karyerasını başa vurduğunu elan edib.