525.Az

Ordu sıralarına qatılmaq üçün soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur


 

Ordu sıralarına qatılmaq üçün soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur<b style="color:red"></b>

Cari ilin 12-13 iyul tarixlərində Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinə bu ölkədə yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.

Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, sözügedən müraciətlərdə onlar son hadisələrlə əlaqədar öz ciddi narahatlıqlarını ifadə edir, Azərbaycanın ordu sıralarına qatılmaq üçün səfirlikdən köməklik və dəstəyin göstərilməsini xahiş edirlər.

Səfirlik tərəfindən Rusiya vətəndaşları olan həmvətənlərimizə göstərdikləri vətənpərvərlik və qətiyyətli mövqeyə görə təşəkkür edilərək, hazırda orduya əlavə canlı qüvvənin cəlb edilməsinə ehtiyacın olmadığı bildirilib. Vurğulanıb ki, Azərbaycan müasir silahlı qüvvələrə malikdir və qüdrətli ordumuz Ali Baş komandanın əmri ilə istənilən hərbi tapşırığı yerinə yetirməyə və işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

 





17.07.2020    çap et  çap et