525.Az

DİN özünü yandıran şəxslə bağlı məlumat yaydı


 

DİN özünü yandıran şəxslə bağlı məlumat yaydı<b style="color:red"></b> Daxili İşlər Nazirliyi Bakıda baş vermiş intihara cəhdlə bağlı məlumat yayıb.

525.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 28-də saat 17.40 radələrində paytaxtın Qaraçuxur qəsəbəsindəki 15 saylı evin qarşısında Yeni Günəşli qəsəbəsində kirayədə yaşayan Rusiya Federasiyasının vətəndaşı, 1962-ci il təvəllüdlü Arzu Soltan oğlu Ələkbərov sərxoş halda üstünə benzin tökərək özünü yandırıb.
 
5 saylı şəhər xəstəxanasına yerləşdirilmiş A. Ələkbərovun vəziyyəti orta-ağırdır. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırmalar aparılır.
 





29.12.2013    çap et  çap et