525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz 7-11 dərəcə isti təşkil edəcək. 
 
Rayonlarda da hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək, mülayim şərq küləyi əsəcək. Aran rayonlarında 1-6 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, Naxçıvan Muxtar Respublikasında isə gecə 13-18, bəzi yerlərdə 20 dərəcəyədək şaxta, gündüz 7-12 dərəcə şaxta gözlənilir.
 





29.12.2013    çap et  çap et