525.Az

Macarıstandan 48 Azərbaycan vətəndaşı ölkəyə gətirildi


 

Macarıstandan 48 Azərbaycan vətəndaşı ölkəyə gətirildi<b style="color:red"></b>

İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL)  Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılmışdır. Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀

Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.

 





18.07.2020    çap et  çap et