525.Az

Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında orduya dəstək aksiyası keçirilir


 

Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısında orduya dəstək aksiyası keçirilir<b style="color:red"></b>

Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilir.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşaraq Azərbaycan öz dəstəklərini ifadə edirlər.

Əllərində həm Azərbaycan, həm də Gürcüstan bayrağı tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğunu bildirirlər.

 

Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın  Tbilisidəki səfirliyini qarşısında və “Sınıq körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub.

 

 





18.07.2020    çap et  çap et