525.Az

“Milliyet” və “Gözlem” qəzetləri Ermənistanın təxribatçı əməllərindən yazır


 

“Milliyet” və “Gözlem” qəzetləri Ermənistanın təxribatçı əməllərindən yazır<b style="color:red"></b>

“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, tanınmış publisist, professor Akkan Suver Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində Ermənistanın təcavüzkar siyasəti mövzusunda məqalələrlə çıxış edib.

AZƏRTAC xəbər verir ki, çoxtirajlı “Milliyet” qəzetində “Azərbaycan yalnız deyil”, “Gözlem” qəzetində isə “Ermənistan odla oynayır” sərlövhələrlə dərc olunan məqalələrdə Ermənistanın işğalçılıq siyasəti kəskin ifadələrlə ittiham olunur.

Ermənistan tərəfinin Azərbaycanın Tovuz rayonu istiqamətindən ölkəmizə qarşı hücum cəhdlərini təcavüzkar dövlətin Dağlıq Qarabağdan kənarda yeni bir münaqişə ocağı yaratmaq məqsədi kimi dəyərləndirən publisist yazır ki, ATƏT-in Minsk qrupu məsuliyyətini dərk edərək işğalçı Ermənistana “dur” deməyi bacarmalıdır. Türkiyə dövləti və xalqının həmişə olduğu kimi qəti bir qərarla yanımızda olduğunu ifadə edən müəllif vurğulayır ki, Azərbaycanın əhalisi 10 milyon deyil, 93 milyondur. Sosial-iqtisadi böhran yaşayan, heç bir inkişaf perspektivi olmayan Ermənistan sözün əsl mənasında ağlını başına yığaraq kiminlə münaqişəyə girmək istədiyinin fərqinə varmalıdır. Müəllif Prezident Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana göstərdikləri açıq və qətiyyətli dəstəklər Türkiyə ziyalısı üçün örnək olaraq dəyərləndirir.

 





18.07.2020    çap et  çap et