525.Az

Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi


 

Roma Papası Azərbaycan və Ermənistana çağırış etdi<b style="color:red"></b>

Roma Papası Fransısk , son günlər Ermənistan və Azərbaycan sərhədində yaranan gərginliklə bağlı çağırış edib.

"525.az"-ın “RİA Novosti”yə istinadən bildirir ki, Roma Papası son günlər baş verənlərdən narahatdır:

"Mən son günlər Qafqaz regionunda Ermənistan və Azərbaycan arasında hərbi gərginliyin kəskinləşməsini narahatlıqla izləyirəm".

Papa Fransisk son döyüşlərdə ölənlərin ailələri üçün dua edəcəyini vəd verib. O, ümid etdiyini bildirib ki, beynəlxalq ictimaiyyət dialoq və tərəflərin xoş istəyi ilə münaqişənin bu sevimli xalqların xeyrinə davamlı sülh ilə həll yolunu əldə edə bilər.

 

 





19.07.2020    çap et  çap et