525.Az

2013-cü ildə 70-dən çox jurnalist öldürülüb


 

2013-cü ildə 70-dən çox jurnalist öldürülüb<b style="color:red"></b> 2013-cü ildə peşə vəzifəsini icra edərkən, azı 70 jurnalist  həyatını itirib.
 
Lent.az-ın «Alman dalğası»-na istinadən məlumatına görə, bu hesabat mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistlərin Hüququnu müdafiə Komitəsi tərəfindən açıqlanıb.
 
Qurum direktorunun müavini Robert Maxoni bildirib ki, jurnalistlər üçün əsas «döyüş bölgəsi» Yaxın Şərqdir. Suriyada 29, İraqda isə 10 jurnalist öldürülüb. KİV-in 6 əməkdaşı Misirdəki iğtişaşların qurbanı olub.
 
Öldürülən jurnalistlərdən ikisi Rusiya vətəndaşıdır. Onlardan biri «Ximkinsk pravda» qəzetinin baş redaktoru Mixail Beketov, o biri isə  Dağıstanda çıxan  «Novoye delo» həftəliyinin icmalçısı Əhmədnəbi Əhmədnəbiyevdir.
 





31.12.2013    çap et  çap et