525.Az

DİN-in Polis Akademiyasının rəisi təqaüdə göndərildi


 

DİN-in Polis Akademiyasının rəisi təqaüdə göndərildi<b style="color:red"></b>

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev təqaüdə göndərilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, N.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Bildirilib ki, N.Əliyevin yerinə hələlik təyinat yoxdur.

 





20.07.2020    çap et  çap et