525.Az

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 58 tibb personalı koronavirusa yoluxub


 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında 58 tibb personalı koronavirusa yoluxub<b style="color:red"></b>

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında indiyədək ümumilikdə 58 tibb personalı COVID-19-a yoluxub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq ATU-dan məlumat verilib. Qeyd olunub ki, onlardan 17 nəfəri həkim, həkim-rezident, 23 nəfəri orta tibb işçisi, 18 nəfəri isə texniki işçisidir.

Bildirilib ki, xəstələrdən müalicə alıb evə buraxılanlar və müalicəsi davam etdirilənlər var.

 





20.07.2020    çap et  çap et