525.Az

Mədəniyyət naziri vəzifəsinin icrası Anar Kərimova verildi


 

PREZİDENT İLHAM ƏLİYEV BUNUNLA ƏLAQƏDAR SƏRƏNCAM İMZALAYIB

Mədəniyyət naziri vəzifəsinin icrası Anar Kərimova verildi<b style="color:red"></b>

Prezident İlham Əliyev Anar Kərimovun Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılması haqda sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini A.Kərimova verilib.

Prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.

Fərmana əsasən, Mədəniyyət nazirinin artıq iki birinci müavini olacaq. İndiyə qədər Mədəniyyət nazirinin bir birinci müavini var idi.

 





20.07.2020    çap et  çap et