525.Az

Daha 369 nəfərdə koronavirus aşkarlandı: 523 sağalan, 9 ölən var


 

Daha 369 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">523 sağalan, 9 ölən var</b>

Azərbaycanda bir gündə koronavirusdan sağalanların sayı 523 olub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycanda 388 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 369 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8 037 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 095, ötən müddət ərzində isə ümumilikdə 634 698 test aparılıb.

 





20.07.2020    çap et  çap et