525.Az

"Vətənpərvərlik duyğuları insanları müəyyən sərhədləri keçməyə vadar edir"


 

"Vətənpərvərlik duyğuları insanları müəyyən sərhədləri keçməyə vadar edir"<b style="color:red"></b>

“Statistika ilə bağlı yalnız müsbət dəyişikliklər var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov deyib.

O qeyd edib ki, son günlər sərhəddə baş verənlərə görə bir araya toplaşmalarla bağlı statistikada nəticəni bu gün görmək mümkün deyil: “Xəstəliyin inkubasiya dövrü var. Vətənpərvərlik, emosional duyğuları insanları müəyyən sərhədləri keçməyə vadar edir. Amma unutmayaq ki, koronavirus realdır. Maskaların taxılması bizi və ətrafdakı insanları qoruya bilər”.

 





20.07.2020    çap et  çap et