525.Az

Naxçıvanda müştəri qəbulu zamanı adambaşına sıxlıq normaları müəyyənləşib


 

Naxçıvanda müştəri qəbulu zamanı adambaşına sıxlıq normaları müəyyənləşib<b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikanda “Koronavirus pandemiyası dövründə Naxçıvan Muxtar Respublikasında ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilib.

APA-nın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərar verib.

Qərarda bildirilib ki, koronavirus pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

Eyni zamanda, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır. Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir.

 





20.07.2020    çap et  çap et