525.Az

Vaşinqtonda Ordumuza dəstək aksiyası keçirilir - Video


 

Vaşinqtonda Ordumuza dəstək aksiyası keçirilir -<b style="color:red"> Video</b>

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilir.

Aksiya iştirakçılarının APA-ya verdiyi məlumata görə, Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında keçirilən aksiyada Amerikada, xüsusilə də Nyu-York və Bostonda yaşayan azərbaycanlı fəallar iştirak edir.

Qeyd edilib ki, əvvəlcə Vaşinqtonda Konqres binasının qarşısında dinc aksiya keçirilib, orada heç bir şüar səsləndirilməyib: “Çünki bu aksiyaya icazə verilməmişdi, sadəcə 20-25 dəqiqəlik vaxt verilmişdi. Daha sonra təxminən 16-17 km-lik məsafədə bayraqlarla Ermənistan səfirliyi qarşısına yürüş olub. Aksiyada “Qarabağa azadlıq”, “Qarabağ Azərbaycanındır”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilir. Ermənistan səfirliyinin nümayəndələri polisdən aksiyanı dayandırmağını istəsə də, polis heç bir müdaxilə etmədi. Hazırda səfirliyin qarşısında dinc aksiya davam edir”.

 





20.07.2020    çap et  çap et