525.Az

“Aqoniya”, yoxsa təkamül? (Dördüncü məqalə)


 

(XIX əsr Azərbaycan ədəbiyyatına bir nəzər)

“Aqoniya”, yoxsa təkamül? <b style="color:red">(Dördüncü məqalə)</b>

   

 

Rüstəm Kamalın impulsiv mülahizələri bəzən absurda gətirib çıxarır: o, Mirzə Fətəli Axundovuİran millətçisihesab edir deyir ki, “Azərbaycan ədəbiyyatında iki nəfər Sasani dövrünün nostaljisini yaşayıblar: Axundov Xaqani... (?!- E.)” (Azadlıq radiosu, “Pen klubproqramı, 19 aprel 2013.)

 

İran millətçisi”, yəni Mirzə Fətəli Axundov (!!) Xaqani kimi (?!) “Sasani nostaljisi yaşayır... Azərbaycan ədəbiyyatında tamam yeni bir janrın banisi olur, milli dramaturgiya məktəbi yaradır, müasir Azərbaycan ədəbi-bədii dilinin formalaşmasında müstəsna rol oynayır, böyük fəlsəfi traktatını Azərbaycan dilində yazır, müasir hekayə janrının əsasını qoyur, milli ədəbi tənqidin (“kritikanın”!) təşəkkül tapmasına təkan verir, konkret milli  mövzu məzmunu ədəbiyyata gətirir?

 

Xaqani dünyagörüşü ilə ondan 700 (!) il sonra tamam başqa bir epoxada, tamam başqa bir tarixi şəraitdə, tamam başqa bir ədəbi-estetik siyasi-ictimai mühitdə yaşamış yazıb yaratmış Axundov dünyagörüşünü eyniləşdirmək hansı metodoloji prinsipə söykənir, ümumiyyətlə, hansı məntiqə əsaslanır?

 

Şəxsən mən bu sualın cavabını tapa bilmədim.

 

Bu yerdə yenə Yaşar Qarayevin obrazlı bir bənzətməsi yadıma düşür: “XIX əsrdə yaşasa da, Axundov mənəviyyat tariximizdə bu günüXX əsri yaradanların ordusu başında durur” (Yaşar Qarayev. Tarix: yaxından uzaqdan. Bakı, “Sabah”, 2996, səh. 225).

 

Sadə bir sual doğur: üçün?

 

Sovet dönəmində Mirzə Fətəli Axundovun yaradıcılığı fəaliyyəti yüksək qiymətləndirilirdi, Axundovun əsas tədqiqatçıları məhz sovet dövrünün mütəfəkkirləri idi (Mirzə Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Cəfər Cəfərov, Mikayıl Rəfili, Heydər Hüseynov b.) bu baxımdan bu məsələdə, yəni Azərbycan ədəbiyyatında ictimai  fikrində Axundov hadisəsinin qiymətləndirilməsində heç bir əksqütblük yoxdur, ancaq məsələ bu qiymətləndirmənin bəzi hallarda üçün?”lüyündədir, hansı bədii-ideoloji əsaslara söykənilməsində, hansı cəhətlərin şişirdilməsindədir.

 

Misal üçün, mən Mirzə Fətəlinin yeni əlifba uğrundakı mübarizəsini birmənalı qəbul etmirəm, çünki müasir texnologiya kommunikasiyanın inkişafı sübut edir ki, “gözükoretmək ucbatından, nöqtələrin çoxluğuna s. görə, maarifi kütləviləşdirmək, savadı artırmaq məqsədilə əlifba dəyişmək o qədər əsaslandırılmış məsələ deyil. Hər halda, bizim özümüzünküləşdirdiyimiz ərəb əlifbası yapon, yaxud Çin ieroqliflərindən çətin qrafika deyil, ancaq baxın, bu gün ən modern kompyuterlər məhz həmin ieroqliflərlə çalışır.

 

Əlifbanı dəyişmək, əslində, millətin özü ilə öz keçmişi arasında mənəvi bir sərhəd yaratmaq deməkdir bunun acı nəticələrini bizim bəxtimizə düşən dörd dəfə (ərəb-latın-kiril-yenidən latın) əlifba dəyişmə zamanı görmüşük. Mirzə Fətəlinin əlifba uğrundakı mübarizəsinin rəmzi mənası, mənim üçün, bu mübarizənin nəticəsindən üstündür mənrəmzi mənadedikdə, milləti silkələmək, onu xəyalistandan, “1001 gecənağılları aləmindən dartıb çıxarmaq ehtirasını, sulu qəlyan ləzzətini kitab həvəsi ilə əvəz etmək istəyini nəzərdə tuturam, bu fəaliyyət öz enerjisini dünyanınmüasir elmin, ədəbiyyatın, incəsənətin artıq tamam birtərəfli (Qərb istiqamətindəki!) inkişafı ilə ayaqlaşa bilmək amalından alırdı.

 

Yaxud, “Axundov ateizmimətləbinin (daha dəqiq isəAxundov dinmövzusunun) şişirdilməsini yeri gəldi-gəlmədi hakim sovet ideologiyasının tələbləri baxımından bundan sui-istifadə edilməsini götürək. Mən Mirzə Fətəli Axundovun 170 illik yubiley gecəsində məruzə etmişdim o məruzəni hazırlayarkən, SSRİ miqyasında keçirilən bu yubiley zamanı Tiflisdə onun abidəsinin açılışı mərasimində Eduard Şevardnadzenin çıxışını oxumuşdum. İdeoloji konyunkturanı ifadə edən bu çıxışda Şevardnadze ədibin yaradıcılığını bu yaradıcılığın əhəmiyyətini bir tərəfə qoyub, Mirzə Fətəlinindinin buxovlarını cəsarətlə qırdığınıxüsusi vurğulayırdı (Bax: “Kommunistqəzeti, 6 oktyabr 1982).

 

Hətta bizim böyük ədəbiyyatşünaslarımızdan biri olan rəhmətlik Əziz Mirəhmədov da M.F.Axundovudövtələb ateizmin banisiadlandırır bunu xüsusi təqdir edirdi (Bax: “Kommunistqəzeti, 17 oktyabr 1982).

 

Bir cəhət vardı ki, “Axundov ateizmindən danışanda, əsas etibarilə bu ateizm islamla bağlanırdı Axundov ateizmiçox zaman məhz islamla bağlı aspektdə təhlil edilirdi, halbukiAxundov dinmünasibəti yalnız islamı yox, bütün dinləri ehtiva edirdi.

 

Bütün bunları deməklə, mən yenidən Amerika kəşf etmək fikrində deyiləm, söhbət sadəcə olaraq ondan gedir ki, Azərbaycan ədəbiyyatından indiki halda XIX əsr ədəbiyyatından bəhs edərkən, biz ilk növbədə onu, sovet dönəminin ideoloji doqma aksentlərindən azad etməliyik.

 

Rüstəm müəllimxarici mütəxəssislərinbu fikri ilə razılaşır ki, “XIX əsr Azərbaycan ədəbiyyatı təzədən yazılmalıdır” (“Kulis. azsaytı, 29 aprel 2013) mən təzədən yazmaqmənasında yox, XIX əsr ədəbiyyatına, ümumiyyətlə, ədəbiyyat tariximizə yeni gözlə nəzər salmağın vacibliyi baxımından Rüstəm müəllimlə , onun istinad etdiyixarici mütəxəssislərlə müttəfiqəm.

 

Biz müasir ədəbiyyatşünaslığımızın tarixini Firudin bəy Köçərli ilə başlayırıq, ancaq fakt budur ki, Azərbaycan ədəbiyyatşünaslığı 70 illik sovet dövründə təşəkkül tapmış, formalaşmış, inkişaf etmiş böyük bir elmi-nəzəri təsərrüfat yaratmışdır. Ona görə xoşbəxtlikdəntəzədən yazmağaehtiyac yoxdur (artıq yazılıb!), ancaq bu ədəbiyyata ideoloji məcburiyyət məhdudiyyətdən azad şəkildə yeni gözlə baxmağa ehtiyac var, bu isə heç vəchlə o demək deyil ki, Mirzə Fətəliniİran millətçisielan edəsən.

 

Deməliyəm ki, Rüstəm müəllimin bu fikri orijinal deyil. Xatırlayıram ki, hələ 1988-ci ildə mən Nyu-Yorkda ilk dəfə Tadeuş Svyatoxovski ilə görüşdüm onun evində qəhvə süfrəsi arxasında gecənin yarısına qədər söhbət etdik. O zamana qədər mən onun yanlız Türkiyədə türk dilində nəşr olunmuşRus Azerbaycanı: 1905-1920” kitabını oxumuşdum (bu kitabı oxumaq üçün rəhmətlik professor Abbas Zamanovdan götürmüşdüm, sonra isə müəllif özü avtoqrafla mənə bağışladı) söhbətimiz əsnasında gördüm ki, Svyatoxovskinin bir tarixçi kimi Azərbaycan tarixi, xüsusən Demokratik Respublikanın tarixi ilə ciddi məşğul olur. Elə həmin gecə bir sıra məsələlərlə bağlı isə onunla mübahisəmiz oldu o məsələlərdən ən birincisi bu idi ki, Tadeuş Svyatoxovski  Mirzə Fətəli Axundovuİran millətçisihesab edirdi. SonralarSSRİ çökəndən sonraSvyatoxovskinin əsərləri çap olundu, onun hansısa yazısında bu fikirlə rastlaşdım mən bunu amerikalı alimin Mirzə Fətəli yaradıcılığını, xüsusən onun komediyalarını yaxşı öyrənə bilməməsi, əxz etməməsi ilə yozuram.

 

Mən vaxtı ilə Azərbaycan problematikası kontekstində Mirzə Fətəli Axundovun yaradıcılığı haqqında geniş məqalə yazmışdım (Maraqlananlar baxa bilər: “Mənim fikirlərim haqdır”, M.F.Axundovun şəxsiyyəti yaradıcılığı haqqında düşüncələr, “Ədəbiyyat incəsənətqəzeti, 10 dekabr 1982) orada Əbdürrəhim bəy Haqverdiyevin çox dəqiq bir müşahidəsini yada salmışdım: “Mirzə Fətəlinin... epoletlər, imtiyazlar, xaç medallarla bəzənmiş libasının altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi” (“Revolyusiya kulturajurnalı, 1938, № 6-7, səh. 115).

 

Bir az gurultulu səslənəcəyindən çəkinməyərək demək istəyirəm ki, “od tutub alışmaqda olan o ürəyinAzərbaycan naminə döyündüyünə əmin olmaq üçün, heç bir elmi-nəzəri yozuma, necə deyərlər, “köməkçi, yönəldici təmayüləehtiyac yoxdur mən Mirzə Fətəli haqqında söylənmiş məlum fikirləri təkrar etmək istəmirəm, qısaca olaraq yalnız elə onun dramaturgiyasına müraciət edirəm.

 

Mən Molla Pənah Vaqifin bədii dilimizi milliləşdirməsi barədə artıq yazmışam, Mirzə Fətəli Axundov isə XIX əsr Azərbaycan ədəbiyyatına yeni janr gətirərək, ədəbiyyatımızın mövzu məzmununu milliləşdirdi, artıq söhbət nəzirəçilikdən, mücərrəd qəzəl qəsidəçilikdən, nəsihətçilikdən, “Divan ədəbiyyatının vaxtı keçmiş təqlidindən yox, xalqın təmiz dili ilə həmin xalqın gündəlik həyatının, güzəranının, xarakterinin, hiss-həyəcanının ifadəsi olan Heydər bəyin Sona xanıma real məhəbbətindən (“Sərgüzəşti-mərdi-xəsis”),  Ziba xanım ilə Şölə xanımın tipik intriqasından (“Sərgüzəşti-vəziri-xani-Lənkəran”), Tarverdinin Şəmsəddin mahalındakı dərədə uğursuz soyğunçuluğundan(“Hekayəti-xırsi-quldurbasan”), Şahbaz bəyin Parisdə dünyəvi təhsil almağa can atmasından (“Hekayəti-müsyö Jordan həkimi-nəbatat Dərviş Məstəli şah caduküni-məşhur”), millətin irəlidə gedənləri hesab olunan xaçmazlı Şeyx Salahın, Ağa Zaman həkimin, Molla Salmanın, tacir Məşədi Cabbarın, mülkədar Səfər bəyin konkret olaraq 1832-ci ildə Nuxalı zərgər Hacı Kərimin evinə toplaşıbTiflisə gedib, rüsxət alıb (!- E.), Xaçmazın dağlarında çadır qurmuşMolla İbrahimxəlilin kimyanın gücü ilə bir batman misdən xalis gümüş əldə etməsini müzakirə edən pul toplayıb ucuz gümüş ardınca kimyagərin hüzurunda varid olan bumöhtərəmşəxslərin avamlığından nadanlığından (“Molla İbrahimxəlil hər kəs sikkəli pul gətirirdisə, iki çəkisi bərabəri sikkəsiz xalis gümüşəsahib olur!) s. gedirdi, artıq Hacı Qara da, Dərviş Məstəli şah da, aferist kimyagər , Şəhrəbanu xanım da klassik Azərbaycan ədəbiyyatının ən gözəl obrazlarından olan Məcnun, yaxud da Leyli kimi Ərəbistandan gəlməmişdilər, onlar Azərbaycan xalqının tipik nümayəndələri idi elə buna görə Mirzə Fətəli komediyaları bütövlükdə Azərbaycan xalqını ifadə edirdi.

 

Mehdi Məmmədov yazırdı ki, Mirzə Fətəlinindramaturgiyası teatrı yalnız gülmürdü güldürmürdü, haray qaldırır, fəaliyyətə çağırırdı” (“Onun mütəfəkkir sənətkar dünyası”, “Ədəbiyyat incəsənətqəzeti, 15 oktyabr 1982).

 

Buharay qaldıran”, “fəaliyyətə çağıran” “İran millətçisiyox, Azərbaycan mütəfəkkiri idi, o azərbaycanlı Molla İbrahimxəlilləri, Dərviş Məstəli şahları ən kəsgin sarkazm ( ürək ağrısı!), ən sadə Azərbaycan dili ilə Azərbaycan xalqının özünə göstərirdi belə bir bədii cəsarətin arxasında həmin xalqı, artıq neçənci dəfə dediyim kimi, Şərqin orta əsrlər mürgüsündən ayıltmaq ehtirası dururdu.

 

Düzdür, M.F.Axundovun bədii nəsrində – “Aldanmış kəvakib öz-özlüyündə çox maraqlı mövzu məzmun başqadır o, Azərbaycan ədəbiyyatında daha artıq dərəcədə mühüm janr hadisəsi idi. FüzulininŞikayətnaməsindən üzü bu tərəfə ədəbiyyatımızın ayrı-ayrı nəsr nümunələrinə təsadüf edirik, ancaq hekayəni bir janr kimi Azərbaycan ədəbiyyatının faktı edənAldanmış kəvakiboldu bu əsər bədii nəsr dilimizin gələcək inkişafında müstəsna rol oynadı.

 

Axundovun biləvasitə təmasda olduğu şəxsləri, kolleqalarını xatırlayaq: rus ədibləri Aleksandr Bestujev-Marlinski, Yakov Polonski, Polşa şairi Tadeuş Zablotski, gürcü ədibləri Qriqol Orbeliani, Georgi Eristavi, Georgi Sereteli b.; Mixail Lermontovun həyat yaradıcılığının ən sanballı tədqiqatçılarından biri, bəlkə birincisi olan İrakli Andronikov onun, yəni  Lermontovun Mirzə Fətəli ilə biləvasitə təmasda olduğunu yazır bizim tədqiqatçılar da bu faktı təsdiq edir (Bu barədə ətraflı bax: M.A.Bağırov. M.Y.Lermontov. Bakı, “Azərnəşr”, 1964, səh. 35-36) – belə bir əhatə ilə təmasda olan, belə bir ünsiyyətdən faydalanan İran ədəbiyyatı idi, yoxsa Azərbaycan ədəbiyyatı?; belə bir ünsiyyətdə tərəf müqabillərini məlumatlandıran maraqlandıranİran millətçisiidi, yoxsa ki, nuxalı zərgər Hacı Kərimi, xaçmazlı Şeyx Salahı, qarabağlı, Təklə-Muğanlı obasının bəyi Hatəmxan ağanı, Oğuzun Gəldəkli kəndindən Molla İbrahimxəlili, onun şagirdi Samuxlu Molla Həmidi, lənkəranlı Mirzə Həbibi, ağcabədili Hacı Qaranı, yaxud Heydər bəyi, Əsgər bəyi, təbrizli Səkinə xanımı Əziz bəyibelə bir coğrafiya sakinlərini səhnəyə çıxaran, personajlarının dili ilə xalqın problemlərini qaldıran Azərbaycan ədibi?

 

Aydın məsələdir ki, bu tipli sualların sayını xeyli dərəcədə artırmaq olar bu sualların pozitiv cavabını Mirzə Fətəli Axundov yaradıcılığı hadisəsi timsalında XIX əsr Azərbaycan ədəbiyyatı verir.

 

Mən yuxarıda bizim ədəbiyyatşünaslıqdan danışdım burası da mühüm, eyni zamanda, mövzumuzla bağlı əlamətdar bir faktdır ki, Azərbaycan ədəbiyyatşünaslığının formalaşmasında inkişafında XIX əsr ədəbiyyatının müstəsna rolu var. Söhbət bir kompleks şəklində ədəbiyyatdan gedirsə, bu mühüm cəhətdən sərf-nəzər etmək olmaz mən elə yalnız öz kitabxanamda olan əsərlərin adlarını çəkmək istəyirəm: Mirzə Feyzulla QasımzadəninXIX əsr Azərbaycan ədəbiyyatı”, Məmməd Cəfər CəfərovunM.F.Axundovun ədəbi-tənqidi görüşləri”, Heydər HüseynovunXIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixindən”, Əliəjdər SeyidzadəninMirzə Şəfi Vazeh”, Mikayıl RəfilininM.F.Axundov”, “Mirzə Şəfi dünya ədəbiyyatında”, Cəfər CəfərovunM.F.Axundovun dramaturgiyası”, Əziz MirəhmədovunXIX əsr Azərbaycan ədəbiyyatında satiranın inkişaf məsələsinə dair”, Həmid MəmmədzadəninMirzə Fətəli Axundov Şərq”, Hidayət ƏfəndiyevinM.F.Axundovun nəsri”, Kamran MəmmədovunXIX əsr Azərbaycan şeirində satira”, “Q.B.Zakir”, Nadir MəmmədovunM.F.Axundovun realizmi”, Kamil MirbağırovunSeyid Əzim Şirvani”, Bəylər MəmmədovunXurşidbanu Natəvan”... XIX əsrdə yazıb-yaratmış Nəcəf bəy Vəzirov, İsmayıl bəy Qutqaşınlı, Abbasqulu Ağa Bakıxanov, hətta XIX əsr ədəbiyyatının simasını müəyyənləşdirməyən, ancaq öz-özlüyündə istedadlı qələm sahibləri olan Mir Mövsüm Nəvvab, Mirzə Ələsgər Növrəs, Heyran xanım Dünbili, Baba bəy Şakir, Mirzə Baxış Nadim, Fazil xan Şeyda, Mirzə Məmməd Bağır Ağa Xalxali, Seyid Əbülqasım Nəbati bir çox digər ədiblər haqqında elmi monoqrafiyalar, yüzlərlə elmi məqalələr nəşr dərc olunub, ədəbiyyatşünaslığımızda ayrıcaAxundovşünaslıqqolu yaranıb. Əlbəttə, bu böyük elmi təsərrüfatın hamısı eyni səviyyədə deyil, ancaq adlarını çəkdiyim ədəbiyyatşünaslar, eləcə Həmid Araslı, Məmməd Arif, Mehdi Hüseyn, Əmin Abid, Əli Nazim, Hənəfi Zeynallı, Məsud Əlioğlu, Yaşar Qarayev, Sadıq Hüseynov b., elə bil ki, XIX əsr Azərbaycan ədəbiyyatı haqqında nəhəng ( bütöv!) bir monoqrafiya yaratmışlar. Bu nəhəng monoqrafiya nəinki milli ədəbiyyatşünaslığımızın, ümumiyyətlə, ictimai fikrimizin sütunlarından biridir.

 

Artıq XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı Abbas Səhhətin dili ilə:

 

             

 

Birimiz mərsiyəgulluqda böyük şair idi,

 

Birimiz sağərə mail, birimiz cananə!

 

 

deyə, yaxud:

 

 

Yoxdur daha fikrimdə

 

mənim qönçə dodaqlar dərdi...

 

 

deyə elə bil ki, özündən əvvəlki mərhələ ilə, yəni orta əsrlər poeziyası – “Divan ədəbiyyatıyla vidalaşırdı Mirzə Ələkbər Sabirə müraciətlə: “O pərişan yuxudan sən bizi bidar etdindeyirdi.

 

Sabiri isə, Cəlil Məmmədquluzadə ilə, XX əsr Azərbaycan ictimai fikrinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə b. kimi böyük nümayəndələrini XIX əsr Azərbaycan ədəbiyyatı XIX əsrin ədəbi-ictimai aurası yetişdirdi.

 

... 1907-ci ildə Həsən bəy Zərdabi vəfat etdi dəfn mərasimində Əhməd bəy Ağayev onun ruhuna müraciətlə son dərəcə emossional məşhur çıxışında deyirdi ki, o dünyada babalarımızın yaxasından yapışıb soruş: bu vətəndir, bizə qoyub getmisiz?!

 

Ancaq elə Həsən bəyin dəfn mərasimin özü göstərdi ki, cəhalət nadanlıq baxımından vətən daha əvvəlki vətən deyil, artıq bu vətənin Mirzə Cəlil kimi, Mirzə Ələkbər Sabir, Üzeyir bəy, Nəriman Nərimanov, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Hadi, Hüseyn Ərəblinski, Abbas Səhhət, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev b. kimi sənətkar-vətəndaşları siyasi-ictimai xadimləri, milli burjuaziyanın Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev, Şəmsi Əsədullayev b. kimi nümayəndələri var idi, bu vətəndəMolla Nəsrəddinədəbi məktəbi yaranmışdı, onlarla qəzet jurnal nəşr olunurdu...

 

Artıq Abbas Səhhət bir vətəndaş sevinci ilə deyirdi:

 

    

 

Yaşa, ey nameyi-”İrşad”, yaşa!

 

Ey edən milləti dilşad, yaşa!

 

EyFüyüzatfeyzin cari,

 

Səndə var çünkiHəyatasari.

 

Yaşa, eyRəhbəri-əbnayivətən,

 

QılDəbistanilə ehyayi-vətən!

 

Çox yaşa, çox yaşa eyMolla əmu”!..

 

 

Füzulinin ən gözəl klassik qəzəllərindən birinin lirik qəhrəmanı:

 

 

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

 

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

 

 

deyərkən, onun içində o qədər coşğun bir məhəbbət var idi ki, yarın yaşadığı məhəlləni özünün vətəni hesab edirdi bu, əslində, böyük bəşəri məhəbbətin konkret ünvanı olmayan bəşəri vətəni idi.

 

Səhhətin lirik qəhrəmanı isə artıq konkret ünvanlı vətəndən danışırdı:

 

 

Millət, ey banisi-həyati-vətən!

 

Oyan, ey milləti-əziz, oyan!

 

Sənə vabəstətədir nicati-vətən.

 

 

Bu o vətəndir ki, “əcdadımızın mədfənidir, övladımızın məskənidir”.

 

Aydın məsələdir ki, söhbət Füzuli ilə Səhhətin müqayisəsindən getmir (bu gülünc olardı!), söhbət konkret ünvanlı vətəndaş qayələrinin Azərbaycan ədəbiyyatına gəlməsindən, Azərbaycan poeziyasında Mirzə Ələkbər Sabir hadisəsinin yaranmasından həmin vətəndaşlıq qayələrinin sürətlə poeziyamızın aparıcı istiqamətinə çevrilməsindən gedir.

 

Bu vətəndaşlığı da, poeziyamızın vətəndaş lirik qəhrəmanlarını da XIX əsr Azərbaycan ədəbiyyatı ictimai fikri yetişdirdi.

 

Yaşar Qarayev Məhəmməd HadiniAzərbaycan poeziyasında yeni romantizmin böyük nümayəndəsiadlandırırdı (Məhəmməd Hadi. Seçilmiş əsərləri, Bakı, “Şərq-Qərb”, 2005, səh. 7.) bu yeni (!!) romantizm XX əsrin əvvəllərində məşhur misralarını yazırdı:

 

 

İmzasını qoymuş miləl övraqi-həyatə,

 

Yox millətimin xətti bu imzalar içində...

 

 

Buyeni romantizmiXIX əsr Azərbaycan ədəbiyyatı yetişdirmişdi.

 

Həsən bəy Zərdabinin o dəfn mərasimi ilə, elə bil ki, XIX əsr ədəbiyyatını ictimai fikrini ehtiva edən zəngin mündərəcatlı böyük bir epoxa öz missiyasını yerinə yetirərək estafeti artıq formalaşdırdığı yeni bir mərhələyə ötürürdü.

 

21 sentyabr 2013.

 

Bakı.

 

 





02.01.2014    çap et  çap et