525.Az

AZAL xüsusi reyslərə hansı şəxslərin buraxılacağını açıqladı


 

AZAL xüsusi reyslərə hansı şəxslərin buraxılacağını açıqladı<b style="color:red"></b>

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı hansı şəxslərin buraxılacağını açıqlayıb.

AZAL-dan "APA-Ecoinomics"ə verilən məlumata görə, bura Azərbaycanda akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri, valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, Azərbaycanda işləmək icazəsi olan əcnəbilər, Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər və respublikanı ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr daxildir.

 





21.07.2020    çap et  çap et