525.Az

Con F.Kennedi- Mərdliyin profilləri (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi- Mərdliyin profilləri <b style="color:red">(davamı)</b>

Con Kvinsi Adamsda bu keyfiyyətlər bədbəxtlikdən partiya intriqalarına günün siyasi ehtiraslarına uyğun gəlmirdi. Onu Senatda sarsıldığı aylardan çox-çox əvvəl, onun poçtu Massaçusets Federalistlərindən gələn təhqirlərlə dolu idi, bundan xeyli əvvəl o, hətta Senata daxil olduqda öz gündəliyində Puritanın daxil olduğu siyasətə ciddi təhlükələri qeyd edirdi: “Mən siyasi ziddiyyətə gömülməyin güclü şirnikləndirməsini hiss edirəm”. “Lakin... bu ölkədəki siyasətçi partiya adamı olmalıdır. Mən isə öz bütöv ölkəmin adamı olmağa meyl edəcəyəm”.

Abigeyl Adams (Con Kvinsi Adamsın anası, Con Adamsın arvadıtərcüməçi) Con Kvinsi hələ uşaq olanda iftixarla deyirdi ki, o, özü əri onun təhsilini elmləri öyrənməsini birbaşa istiqamətləndirirdilər, bu vaxt onun nəzərinə çarpmışdı ki, onların oğluKabinetdə ya öz ölkəsinin qanunlarının azadlıqlarının mühafizəsi... sahəsindəgələcəkdə liderlik edəcəkdir. Olduqca az adam Con Kvinsi Adamsın üstünlükləri ilə doğulmuşdu: məşhur ad; öz oğlunun təbii istedadlarını artıq dərəcədə inkişaf etdirməyə çalışan parlaq qabiliyyətli ata; qeyri-adi ana. Həqiqətən o, xoşbəxt uğurlu həyata malik olmaq üçün lazım olan hər şeylə dünyaya gəlmişdi, təkcə onun ağlına dinclik gətirən keyfiyyətləri istisna təşkil edir. O, daim ümidlərinin puça çıxmasından, uğursuzluğa düçar olmaqdan, qeyri-adekvat düşüncədən əziyyət çəkirdi. Baxmayaraq ki, onun çətin Yeni İngiltərə vicdanı görkəmli istedadları onu möhkəm surətdə paralel olmayan uğur yoluna qovurdu. Lap başlanğıcdan o, demək olar ki, daimi uğursuzluğun dəhşətli düşüncəsinə malik olmuşdu.

Onun erkən qeyri-adekvat hissləri, tez inkişaf edən ağlı kimi, doqquz yaşı olanda atasına göndərdiyi məktubla öz sübutunu tapır:

Əziz ser!

Mən məktublar almağı çox sevirəm; daha çox isə mən onlara cavab verməyi xoşlayıram. Mən kasıb obraz tərtib etmişəm. Başım olduqca dəyişkəndir. Fikirlərim quş yumurtalarından sonra hərəkətə gəlir, oynayır əylənir, o vaxtadək ki, mən özümü qıcıqlandırmağa başlayıram. Anam mənə öyrənməyi davam etdirmək kimi əziyyətli bir tapşırıq vermişdir. Özümə qaldıqda, mən özümə görə xəcalət çəkirəm. Mən Rollin tarixinin üçüncü cildini oxumağa yenicə başlamışam, lakin istəyirəm ki, onun yarısını bu vaxt ərzində oxuyub qurtarım. Qərara almışam ki, bu həftə daha çox çalışım. Özümü üçüncü cildin yarısını oxumağa məcbur edirəm. Əgər mən öz qərarımı yerinə yetirsəm, həyatımın sonunda yenidən özüm haqqında daha yaxşı fikirdə olaram. Ser, mən arzu edirəm ki, siz mənə oxumaq barədə bəzi yazılı təlimatlar verəsiniz, onları mən bütün vaxtlarda hörmətlə istifadə edərəm mənə məsləhət verin ki, təhsilimi oynamağımı hansı hissələrə bölüm, mən onları qoruyub saxlayacaq onlara əməl etməyə çalışacağam.

Daha yaxşı böyümə barədəki hazırkı qətiyyətlə, mən, əziz ser, sizin oğlunuzam.

Con Kvinsi Adams”.

Yenidən, otuz altı il sonra Birləşmiş Ştatların Senatoru kimi xidmət göstərən, Harvard Universitetinin professoru başlıca Avropa dövlətlərində Amerikanın Elçisi olan bu adam öz gündəliyində kədərli şəkildə yazırdı:

Mən qırx beş yaşındayam. Uzun həyatın üçdə ikisi arxada qalmışdır mən onu öz ölkəmə bəşəriyyətə faydalı olmaqda fərqləndirmək üçün heç etməmişəm... Ehtiraslar, tənbəllik, zəiflik qətiyyətli olmamaq bəzən məni haqqın yaxşı dərkindən uzaqlaşdırır demək olar ki, yaxşı olanlar uğrundakı cəhdlərimi iflic edir”.

nəticədə, yetmiş yaşında, özünü artıq parlaq Dövlət Katibi, müstəqil Prezident Konqressin bir natiq üzvü kimi fərqləndirəndə , qəmgin şəkildə məlumat verir ki, onunbütün həyatı ümidin boş çıxması ardıcıllığıdır. vaxtsa hansısa işdə qazandığım uğurun sadə nümunəsini mən çox çətinliklə yığa bilərəm”.

Həm onun ömrü öz əsasında o qədər acı etirazla əlamətdar olmuşdu ki, heç vaxt amerikan tarixində paralellik qazanmamışdı. Con Kvinsi AdamsKapitolidəki özünün səksən yaşındakı ölümünə qədərçox mühüm vəzifələr tutmuşdu öz millətinin tarixində heç kəsə qismət olmayan qaydada ən mühüm hadisələrdə iştirak etmişdi. O, Haaqada Elçi, İngiltərədə Emissar, Prussiyada Elçi, Ştat Senatoru, Birləşmiş Ştatların Senatoru, Rusiyada Elçi, Dövlət Katibi, Birləşmiş Ştatların Prezidenti Nümayəndələr Palatasının üzvü olmuşdu. O, bu ya digər qabiliyyətlər nümayiş etdirməklə amerikan inqilabında, 1812-ci il müharibəsində vətəndaş müharibəsinin başlanğıcında iştirak etmişdi. Tanışları kolleqaları arasında, onun gündəliyinin səhifələrində qohumu Sem Adamsın, Con Hankokun, Vaşinqtonun, Ceffersonun, Franklinin, Lafayetin, Con Ceyin, Ceyms Medisonun, Ceyms Monronun, Con Marşallın, Henri Kleyin, Endryü Ceksonun, Tomas Hart Bentonun, Con Tilerin, Con K.Kalhounun, Deniel Uebsterin, Linkolnun, Endryü Consonun çox sayda digərlərinin adları çəkilir.

Öz millətinə vaxtsa xidmət edən ən istedadlı adamlardan biri olmasına baxmayaraq, o, şəxsiyyətə adətən rəng məlahət verən az sayda şəxsi keyfiyyətlərə malik idi. Lakin bu əyilməz, dar tabe olmayan adamın təsvirində hansısa bir cəzbedici kübarlılıq xüsusiyyəti var idi, ən acı düşmənlərinin onu mühakimə etdiyindən daha sərt qaydada o, özü-özünü mühakimə edirdi, burada öz tarixinin başlıca siyasi şəxsiyyətləri arasında üstənilə bilinməyən vicdanlılığa malik olmaq, daim öz vicdanı valideynlərinə, onların nümunələrinə qaydalarına layiq olmaq üçün öz borcunu dərindən hiss etmək var idi.

Onun ümidlərinin puç olması siyasi vəzifə daşıdığı vaxtlardakı məğlubiyyətləri, – Senator Prezident kimi, – həyatın siyasi faktlarına məhəl qoymamaq sahəsindəki yenilməzliyi labüd bir nəticə idi. Bunu da qeyd etmək vacibdir ki, hər iki Adamsata oğulyeganə Prezidentlər idilər ki, bizim millətimizin ilk əlli illik tarixində ikinci müddətə seçilməmişdilər. Həm onların uğursuzluqları, əgər onlar bunu uğursuzluq adlandırsaydılar, ictimai marağa hesablandıqlarına özlərini həsr etməkdən kənara çıxılmamağın nəticəsi idi onların rəqiblərinin şərəfin yüksək standartları səviyyəsində mübarizə aparmağa qadir olmamalarının axırıncıların ictimai həyata gətirdikləri ziyanın əvəzinin ödənilməsinin nəticəsi idi.

Oğulun əhvalatı bütünlüklə atanın əhvalatlarından ayrılmaz idi. Con Kvinsi Adams üçün başlıca məsələ Semyuel Eliot Morisonun yazdığı kimihər şeydən əvvəl Adamsolmaq idi; onun öz atasına hərarətli şəkildə həsr olunması axırıncının öz oğluna siyasi utancaqlıqdan asılı olmayaraq möhkəm loyallığı, digər çətin, siyasi mövcudluğa hərarətin sadə bir şüasını təklif edirdi. (Federalist lider Harrison Otis sonrakı illərdə yazırdı: “Necə qəribə ailədir! Mən düşünürəm ki, bizim irqin xüsusi növləri öz müxtəlifliyində istedadların yaxşı mənəvi xarakterlərin kombinasiyasını nümayiş etdirir. Bunlar isə ehtiraslarla xurafatla hesablanmışdır ki, onlar öz obyektlərini məğlub etsinlər öz dostlarını utandırsınlar”). Puritan ailəsi ilə sıx bağlı olan uşaq kimi Con Kvinsi Adams anası tərəfindən öz məşhur atasını ötüb keçməyə öyrədilmişdi; Senator kimi hər tərəfdən olan kolleqaları dostları onu tərk etdikdə, bu vaxt atası dəstək vermək onun etdiyi hərəkəti bəyənmək üçün oğluna tərəf döndü.

Hətta böyük Adamsın ölümündən sonra Con Kvinsi öz atasının xatirəsinə loyallığını qoruyub saxladı. Ceffersonun əsərlərində axırıncı tərəfindən yazılmış məktubları oxuyarkən, atası Cefferson otuz beş ildən çox bir müddətdə bir-birinə siyasi rəqib olmuşdular (onların erkən dostluğu sonralar bərpa olunmuşdu), atası hələ qəzəbli olaraq qalırdı bunu o, Ceffersonun xəyanəti ilə əlaqələndirirdi. Adams öz gündəliyində yazırdı: “Onun mənim atama münasibəti ikibaşlı, xəyanətkar hər cür dözümlülüyün arxasında gizlənməklə saxta idi”. Con Kvinsi bütün ömrü boyu içərisində olduğu yoxlamalar tarazlaşdırmalara əsaslanan mürəkkəb bizim federal sistemin necə fəaliyyət göstərdiyini dərk edə bilmirdi; özünün Ceffersonunfırıldaqlarıkimi qiymətləndirdiyi kimi, axırıncının dühasının sadəcə yalnız bir cəhəti olması ilə yanaşı, həm hökumətin sənəti elmi üçün uğurlu qaydada tətbiq etdiyi qənaətinə gələ bilmirdi.

Con Kvinsi Adamsın həyatın siyasi faktlarını tanımaqdakı uğursuzluğu ilk dəfə onun Senatda fəaliyyət göstərdiyi illər ərzində üzə çıxdı, bu illər onun həyatında çox məhsuldar idi, onlar elə bir xüsusi əhəmiyyət daşımırdı. Həm onun Birləşmiş Ştatlar Senatında olduğu yeganə müddət bizə nəcib qabiliyyətləri ilə ictimai həyatda xidmətə gətirilən, hörmət bəslənilən bir ada hüquq üçün qeyri-adi ambitsiyaya malik olan adamın taleyinə aydın nüfuz etmə imkanı verir. Onun təcrübəsi, demək olar ki, heç bir digər adamın edə bilmədiyini nümayiş etdirir, bu vaxt hətta onun malik olduğu qeyri-adi vasitə amerikan siyasi həyatında uğur qazanmaq üçün kifayət deyildir.

Bu heç qeyri-təbii deyildi ki, atasının Prezidentlik uğrunda Tomas Ceffersona məğlubiyyətindən sonra o, xaricdəki diplomatik xidmətdən Bostona geri döndükdə, atasının partiyasının işində fəal iştirak etməli idi. O, Konstitusiyanın əsasını qoyanlar kimi, hərbi-dəniz qüvvələrinin tərəfdarı federalistlərin, Fransız İnqilabının təsirlərinə qarşı istehkam olmalarına görə pərəstişkarı idi.

Lakin bir qədər sonra gənc eks-diplomat federalist kimi Massaçusets Qanunvericiliyinə seçildi; bu vaxt o, dar tərəfkeşliyə cəsarətlə nifrətini nümayiş etdirdi. Öz yaşlı kolleqaları ilə məsləhətləşmədən o, təklif etdi ki, – bu, həmin avqust ayında həmin qanunvericilik orqanının üzvlüyünə çevrilməsindən qırx səkkiz saat sonra baş vermişdiRespublikaçılar (Ceffersonçular ya Demokratlar) partiyası Qubernator Şurasında proporsional qaydada təmsil olunmalıdırlar (Adams sonralar qeyd etmişdi ki, bu tərəfdar olmayan müstəqillik aktıelə prinsiplər qoyurdu ki, onların vasitəsilə mənim bütöv ictimai həyatım həmin gündən onunla idarə olundu”).

Nəticədə, gənc Adams Senata seçiləndə onun ştat qanunvericiliyindəki kolleqaları belə düşünə bilərdilər ki, onların nisbətən gənc yoldaşının şərəfi, onun öz partiyası qarşısındakı borclarına təsir göstərməyə kömək edəcəkdir.

Lakin qanunvericiliyin bir əli gənc Con Kvinsini millətə xidmət barədə öz baxışına yaxınlaşdırdı, digəri ilə birlikdə isə o onun arzusunun parçasını kobud surətdə cırdı onun cığırında real xoşagəlməyən maneələr yaratdı. Onun seçilməsinin izi ilə qısqanc antoqonist xarakterli Timoti Pikkerinq (o, Dövlət Katibi vəzifəsindən onun atası tərəfindən azad edilmişdi) qısa müddətli vakansiyanı doldurmaq üçün Adamsa Senator kolleqası kimi seçilmişdi. Pikkerinq, Adams bütövlükdə Adams ailəsinə qarşı keçmiş acı düşmənçilik barədə hansısa illüziya ilə yaşamırdı. Con Kvinsi Adams belə qərara gəldi ki, yaxşı tanınan qüdrətli federalist sayılan senator Pikkerinq gənc kolleqasının üzərinə bütün ondan xoşu gəlməyənləri şübhələnənləri, hansılar ki, böyük Adamsın Prezident kimi, müstəqillik üçün göstərdiyi sığınacaqda qalan federalist Senatorlar idilər, səfərbər etməyə qadirdir. O, Ceffersonun Respublikaçı Senatorlarından hüsn-rəğbət gözləyə bilməzdi, axırıncı bu yaxınlarda atasına qarşı ən acı kampaniyanı başa çatdırmışdı özünün bəyəndiyi Əcnəbilər Şirnikləndirmə qanunlarını qəbul etdirmişdi. “Möhkəmlik, inadkarlıq, səbirlilik, soyuqqanlılıq dözümlülük keyfiyyətlərindən başqa heç onun gündəliyində qeyd olunmurdu, hər bir puritan kimi Con Kvinsi Adams Vaşinqtona yollanarkən qərara almışdı ki, şəxsi intizamın standartları ilə qarşılaşsın, bu vəzifəni o, öz üzərinə qoyurdu.

(Ardı var)

 





02.01.2014    çap et  çap et