525.Az

Təranə Vahid: “Ümidsiz anlarımda Söz məni xilas etdi” (Müsahibə)


 

Təranə Vahid: “Ümidsiz anlarımda Söz məni xilas etdi” <b style="color:red">(Müsahibə)</b>

Müsahibimiz istedadlı yazıçı Təranə Vahiddir.

Təranə xanım, bu günlərdə yeni çap olunan kitabınızın imza günü keçirildi. Bu tədbir sizdə hansı təəssüratı oyatdı?

Yaradıcı insanın hissi, duyğuları çox vaxt zamanı qabaqlayır. Əmin idim ki, bir gün ədəbi mühit qapılarını üzümə açıb deyəcək: “Ədəbiyyata xoş gəldin!” Çıxış edənlərin əksəriyyəti sözlərini bu cümlə ilə yekunlaşdıranda, doğrusu, təəccübləndim. Tədbirlə bağlı təəssüratlarım isə çox zəngindir. Yəqin ki, uzun müddət o sağlam səmimi auranı, qiymətli söz adamlarının kitabım barədə dedikləri  sözləri unuda bilməyəcəm. Bir daha təqdimatda iştirak edən hər kəsə dərin təşəkkürlərimi bildirirəm. Xüsusilə kitabın işıq üzü görməsində mənə mənəvi dəstək olan tanınmış dramaturq Əli Əmirliyə, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi,  “525-ci qəzetin baş redaktoru Rəşad Məcidə   kitabın redaktoru istedadlı şair Qulu Ağsəsə minnətdaram.    

Tədbirdə ən çox sizin nəsr dilinizlə bağlı fikirlər deyildi. Sizin nəsrinizi poetik nəsr adlandırmaq olar. Elə cümlələr var ki, şeiri xatırladır. Biz sizi nasir kimi tanısaq da, məncə, şeir yazırsınız.

Doğrudur. Yaradıcılığa şeirlə başlamışam. Beşinci, altıncı sinifdə oxuyanda kəndimizi vəsf edən şeirlər yazardım  əgər ilk qələm təcrübələrinə şeir demək mümkündüsə. Amma hamı kimi mən elə bilirdim  ki, yazdıqlarım şedevrdir. Bir az böyüyəndə təmsilə keçdim.

Niyə məhz təmsil janrını seçdiniz?

Bəlkə , bu istəkKirpijurnalına olan rəğbətdən irəli gəldi. O dövrdə əksər qəzet-jurnallar kimiKirpijurnalının hər nömrəsi evimizə gəlirdi. Ailəmizdə bu jurnala xüsusi diqqət  vardı. Orta məktəbin doqquzuncu sinfində oxuyanda tənbəllik eləməyib jurnala 5-10 təmsil göndərdim. TəmsillərimiKirpijurnalında görəndə uçmağa qanadım yox idi. Ucqar dağ kəndi ola, “Kirpi təmsillərin çap oluna. Aradan bir  müddət keçmiş məni poçta çağırıb 21 manat 50 qəpik qonorar verdilər. Heç bilmirəm ovcumun içində tutiyə kimi evə çatdırdığım ilk qazancımı nəyə xərclədim... (gülür) Amma soruşmayın ki, göz-bəbəyim kimi qoruduğum şeir dəftərimin, “Kirpijurnalının, şeirlərim çap olunanLaçınqəzetinin sonrakı taleyi necə oldu...

Cavabını bilsəm , icazə verin soruşum.

– ...Çox pis oldu. Evimiz,  elimiz, yurdumuz, torpağımız kimi ilk yazılarım da orada qaldı. Uzun illər şeir yazmadım, amma bütün yazdıqlarımdan şeir keçdi.

Bəlkə, o itkin şeirlərinizdən iki-üç misra deyəsiniz.

Yadımdadır,  bir gün kənddə olanda evdə heç kim yox idi. Maqnitofonu açıb bir şeirimi pıçıltı ilə oxuyub maqnitofonun yaddaşına köçürdüm. Hərdən yaddaşımda it-bata düşmüş bu şeirin misraları dolaşır. O pıçıltıları indi eşidirəm.

Xəzan əsir,

pıçıldayır,

budaqlarda

yarpaqlar,

Qayəsində ilişik var,

üzülməyib hələ tamam

ayrılığı çox çətindi

axı külək aparar...

Sonrası yadımda deyil, amma ilk qələm təcrübələrimdən idi... Gizlətmirəm, indi şeir yazıram. Şeir kimi gələn duyğuları nəsrə çevirdiyim vaxtlar da olur.

Belə bir fikir var ki, insan ürəklə söhbətləşəndə şeir yazır, beyinlə söhbətləşəndə  nəsr. Hekayələriniz esselərinizin  çoxu həcmcə qısadır. Məncə, bu hekayələr esselerin əksəriyyəti şeir kimi birnəfəsə yazılıb. Ümumiyyətlə, nəsə yazmazdan öncə onu qurursunuz, yoxsa süjet, ideya ani olaraq ağlınıza gəlir.

Beyin, ürək, əl birləşəndə janrından asılı olmayaraq sənət əsəri yaranır. Yenə sizinlə razıyam, yazdıqlarımı birnəfəsə yazıram. Hər şey ani baş verir.Yadıma gəlmir ki, vaxtsa süjet qurub isə yazım. Axı yazmaq ilahi andı. Sənə diktə olunanı, pıçıltıları  yazırsan bu yazılara zaval yoxdur. O ilahi anlarda zaman dayanır.  Əvvəlcədən plan-proqram tutub isə yazmaq sadəcə isə yazmaqdı.

Dəyərli yazıçımız Əli Əmirli sizdən roman gözlədiyini bildirdi. Belə bir fikriniz varmı?

Çox xoşbəxtəm ki, Əli Əmirli kimi bütöv şəxsiyyətin xeyir-duası ilə ədəbiyyata gəldim. Əli müəllim yazdıqlarımı oxudu yazıçı kimi mənikəşfetdi.Onun mənəvi dəstəyi ilə kitabı çapa hazırladım. Roman barədə Əli müəllimlə söhbətlərimiz olub. Sizə balaca bir sirr açmaq istəyirəm. Mən çox gənc yaşlarımda irihəcmli yazılar yazmışam. Siz 1996-97-ci illəri, yəqin ki, xatırlamırsınız, yaşınız buna imkan vermir. Müharibə illərində  ədəbiyyat susub arxa plana keçmişdi.  Ondan sonrakı illərdə bir balaca dirçəliş oldu. Demokratiyanın ilk dalğaları ədəbiyyatın ətalətini qovmağa çalışdı. O vaxtlar müxtəlif qəzetlər çap olunurdu. mən həm dolanışıq, həm ədəbiyyata olan sonsuz marağımdan bu qəzetlərə seriallar yazırdım. Bir həftədə iki-üç qəzetə eyni vaxtda serial yazmağın demək olduğunu bilmək üçün Cek LondonunMartin İdenini oxumaq lazımdı. Mən sadəcə gecə-gündüz yazırdım. Heç növbəti seriyada olacağını, baş verəcəyini bilmirdim. Ancaq alınırdı. Yeri gəlmişkən deyim ki, mən o serialları Aycan imzası ilə yazırdım.

Niyə məhz Aycan?

O vaxtlar tələbəydim, “Azərbaycan gəncləriqəzetində işləyirdim. Qəzetin 75 illik yubileyi keçiriləcəkdi. Fikirləşdim ki, fərqli isə yazım. Məktub formasında maraqlı bir hekayət uydurdum. Ancaq öz imzamı yazmağa ürək eləmədim. Bir az sevgidən-məhəbbətdən bəhs edirdi. Mən kənd uşağı idim, utanırdım... isə Azərbaycan sözünün hərflərindən Aycan sözünü düzəltdim. Aycan imzası iləBrilyant üzük”, “Şeytan çağırışı”, “Dəli sevgi”, “Satılmış həyatı qaytarmırlar”, “Göylərə daş atmayın”, “Tanrı payı” – bir sözlə 17 irihəcmliəsəryazdım. Düzdü, onların heç biri sənət əsəri deyildi, ancaq hər birinin fərqli süjet xətti, kuliminasiyası,  finalı vardı. O dövrdə sərhədlər tam açılmamışdı, telekanallar  indiki kimi eninə-uzununa seriallar nümayiş eləmirdi. Minlərlə oxucum vardı, günboyu redaksiyanın telefonları susmurdu, oxucular  növbəti seriyada baş verəcəyini soruşurdular, ağlayırdılar, hərdən tənbəllik etməyib redaksiyaya kimi gəlirdilər. Aycanın birnəfəsə yazdığı o seriallar indi ekranlara yol tapan seriallardan qat-qat  maraqlı idi. Ancaq yenə deyirəm, onların heç biri əsər sayıla bilməzdi.Bunlar sadəcə böyük ədəbiyyata gəlmək üçün məşqlər idi.

İndi bayaqkı sualınıza cavab verə bilərəm. Deyirlər ki, əgər Tanrını güldürmək istəyirsənsə, öz planlarından danış. Əvvəlcədən danışmaq istəmirəm, amma çoxdandı ki, beynimdə çoxqatlı bir roman dolaşır. Tarixi eşq romanı. Qismət olsa, yazacam.

Demək olar ki, hekayələrinizin hamısının əvvəlində epiqraflar verilir. Bunun xüsusi səbəbi var?

Sadəcə bu mənim üslubumdur. Epiqrafın hətta hekayəyə dəxli olmaya da bilər, amma haradasa dəxli olur. Hərdən bilərəkdən hekayələrimdəki qəhrəmanlara ad qoymuram. Düşünürəm ki, hər kəs özünü qəhrəmanın yerinə qoya bilsin.

Kitabınızın maraqlı adı var: “Cənnətdən yuxarı”. Mən belə başa düşdüm ki, siz bununla məşhurCənnət anaların ayaqları altındadırfikrinə işarə etmisiniz. Yəni, cənnətdən yuxarıda olanlar analardı.

Kitaba hansı adı qoyacağım barədə uzun-uzadı fikirləşməli oldum. Mən bu kitabı SÖZÜ yerdə yox, göydə axtaranlar CƏNNƏTDƏN YUXARIDA yaşayanlar üçün yazdığım üçün kitaba daCənnətdən yuxarı...” adını qoydum.  Peyğəmbərimiz buyurduğu kimi, cənnət anaların ayağı altındadır. Ancaq cənnətdən yuxarıda yeri, göyü, kainatı, küllü bəşəri, dağı, suyu, havanı,  qarışqanı, fili insanı yaradan Allah dayanır. Bizi yaradan da, taleyimizi yazan da, bizə yazdıran da Odur. İnsan cahil olanda Allahdan qorxur, kamilləşdikcə  Allahı sevir. Bütün insanlar Allahı sevsə, bir bəndənin burnu da qanamaz. Ədəbiyyatın missiyası insanın daxilində işıq yandırmaq, onu çamurdan təmizliyə ucaltmaqdı.

  Kitabınızın təqdimatında sizi Çexovla da müqayisə etdilər. Bu fikrə münasibətiniz necədi?

Çexov dünya ədəbiyyatında hekayə ustası kimi tanınır. Hər dəfə  ÇexovunYuxum gəlirhekayəsini oxuyanda  əlim-ayağım yerdən-göydən üzülür. “İlk məhəbbət”, “Qara Rahib  hekayələri o cümlədən. Dahilərdən hansısa deyib ki, kitablar itmiş başların abidələridir. Çexovun bütün yaradıcılığı abidədir. Əgər yazdıqlarımın bir zərrəsi Çexovun hekayələrinə bənəzəyərsə, özümü xoşbəxt sayaram.

Yaradıcılığınıza təsir edən yazıçılar kimlərdi?

Ucqar  dağ kəndində dünyaya gəlsəm ,  gözümü açıb evimizdə Hüqonun, Taqorun, Drayzerin, Folknerin, Markesin , Lev Tolstoyun, Puşkinin, Aytmatovun,  Qoqolun, Axundovun, Cəlil Məmmədquluzadənin, Əziz Nesinin  onlarla böyük yazıçı, şairlərin əsərlərini görmüşəm.  Hər əsəri  bir cür sevmişəm. Ömər Xəyyam, Mövlanə, Yunus Əmrə dünyasından su içmişəm. Hər halda oxuduqlarım təsirsiz, izsiz qalmayıb. Ancaq özümü kiməsə bənzətmək heç vaxt ağlımdan keçməyib. Ədəbiyyat uçuşdu, kimin hara kimi uçacağı heç kimə bəlli deyil.

  Xüsusi yazı qrafikiniz varmı?

  Qrafik, plan, proqrambunlar mənlik deyil. Ruhum azaddı. vaxt ürəyim istəsə, o vaxt yazıram. Adətən, gecələr yazıram, adamların yatdığı, mələklərin yer üzünə  endiyi vaxtda.

Hazırda televiziyada çalışırsınız. Ədəbiyyata, yoxsa  televiziyaya daha çox vaxt ayırırsınız?

Jurnalistikanı çox sevirəm, ancaq ədəbiyyatı ondan da çox sevirəm. yazıq ki, çox vaxt yaşamaq üçün ədəbiyyatı jurnalistikaya qurban verməli oluram. Bu çox ağırdı...

  Hekayələrinizin əsas mövzularından biri müharibədir. Ömrünüzün uşaqlıq, gənclik illəri Qarabağda keçib. Sizin üçün bu mövzuda yazmaq çətin deyilmi?

  Qarabağ mövzusu çox ağrılı bir mövzudu. İtkinin, kədərin, yaşananların  sözlə şəklini çəkmək çox çətindi. Yaradıcılığımdan Qarabağ mövzusu qırmızı xətləTapılmayan torpaq”, “Müharibə, nənəm itən vaxt”, “93- ilin qışı”, “Qərib gülQarabağ ağrılarından bəhs edir. Ancaq bunlar kifayət deyil. Evlərini, yurdlarını, torpaqlarını itirən insanlar həm minillik yaddaş kartını, ilahinin hesabladığı kodu itiriblər. İyirmi ildən çoxdu, bir milyon insan gələcəyini yox, keçmişini axtarır. Belə bir məqamda ədəbiyyat susmamalıdır.

Mən belə başa düşdüm ki, sizin ədəbi mühitə gec gəlməyinizin başlıca səbəbi müharibədir.

Mən ədəbiyyata müharibədən, qaçqınçılıqdan, yurd itkisindən, həyatın içindən keçib gəldim. Ruhum yaralandı, qanadım sındı, ən çətin günlərdə, ən çətin anlarda ədəbiyyat adlı hücrəmə çəkilib sözə sığındım. Ümidsiz anlarımda Söz məni xilas etdi. Bəli, ədəbiyyata gec gəldim, ancaq gəldim. Salam, ədəbiyyat!

Söhbətləşdi Ramil ƏHMƏD

 

 





02.01.2014    çap et  çap et