525.Az

RÜBAİLİN yeni rübailəri


 

RÜBAİLİN <b style="color:red">yeni rübailəri</b>

Məhsəti Gəncəviyə

 

Uçan quşa bənzər Azərbaycanın

Ürəyi Gəncədir üçün danım.

Bir qanad Məhsəti biri Nizami

Biri ürəyimdi, o biri canım.

Torpaqla danışdı ömrü boyunca

Heç tanımadı torpaqdan uca.

Torpağın dilini bilən Məhsəti

Döndü torpağıma şair olunca.

Yüz dəfə soruşdum xatirələrdən

De diləyirdi Məhsəti meydən?

Səs gəldişərab yox zəhər içirdi

Zamanın amansız tənələrindən.

Şairlər anası olmaq şərəfdi,

Məhsəti Gəncəvi belə hədəfdi.

Tale tövhəsidir hər gözəl şeir

Rübai gözəllik üstə sədəfdi.

Saraylar qoynunda kimsəsiz olan

Bilmədi kim kimsiz, kim nəsiz olan

O zaman tək idi yenə təkdi

Sınanda bir sarı sim səsi olan.

Bir həzin səda var uzaqdan gələr

Başı nələr çəkib bilmirik nələr.

Bu ölməz, dirilməz rübaillərdə

Yerlə Günəş dinər, odla su dinər.

Dindirsən od tutub yanasıdır o,

Susdursan heykəl tək donasıdır o,

Kimlərə süd verib rübailərdən

Bütün şairlərin anasıdır o.

Özüm bilmirəm bu qüdrət nədi

Bir ölməz ruhu var ürəyimdədi

Deyirlər adımı o qoyub mənim

Görən bu həqiqət ya əfsanədi.

Günəşdi, torpaqdı, havadı, sudu

Ürəyi yandırır məhəbbət odu,

Rübai bahardı, payızdı, qışdı

Yayı da yandıran həqiqət odu.

Məhsəti üçün rübai yazdı

Çünki o dəryadı demə dayazdı.

Eşqi rübaidə kamına yetdi

Sən demə rübai gözdə murazdı.

Şeirdə dörd qatar sözdü rübai

Sevən ürəklərdə közdü rübai.

Məhsəti bu odla alışdı yandı

Şairin cövrünə dözdü rübai.

Rübai sevdadı həsrəti sonsuz,

Ümmanda adadı, qüdrəti sonsuz.

Məna çəkisidi əbədiyyətin

Söz yetim qalardı bəlkə onsuz.

Qərib göz yaşıdır üzdə rübai

Eşqə başdaşıdı düzdə rübai

Kəlamın mənası, hikməti yoxsa

Yazanı naşıdı sözdə, rübai.

Rübai sevdanı bölüb dörd yerə

Deyib ki, götürsün istəklə hərə.

Heç götürməyib dünya malından

Məhəbbət paylanıb istəyənlərə.

Məhsəti Gəncədə rübai yazdı

Nadanlar bu eşqi tərsinə yozdu.

Gənclik gözəllikdi, şair sevəndi

Sevməzə məzarı rübai qazdı.

Rübai ürəyi dörd yerə böldü

Payladı sevənə, sevən gördü.

Məhəbbət müqəddəs həyat cövhəri

Sevə bilməyənlər ünvansız öldü.

Rübai açılmış süfrəyə bənzər

Şairlər süfrəyə nəyi var düzər.

Nemətlər tükənər duzdan savayı

Duzsuzlar həyatda mənasız gəzər.

Dünyadan dörd cəhət rübai imiş

Ona tay olammaz zər gümüş.

Təbiət özü rübai sevir

Odur fəsilləri dörd yerə bölmüş.

Məhsəti çağırsın qoca Xəyyamı

Onun ad gününə yığışsın hamı

Rübai məclisi quraq şeirdən

Bayrama çevirsin əyyam əyyamı.

Axtarsa xəzinə tapardı, getdi

Sözdən söz dünyası yapardı, getdi.

Yazıb girov qoydu rübailəri

Sevən bir ürəyi apardı getdi.

Qələmi dövranı dörd yerə böldü

Dünya heyran qaldı bu döl döldü

Heyif ki, bilmədik şairin özü

vaxt doğulmuşdu, zaman öldü.

Rübai şairin  alnında təri

Kəpəzdən qoparıb mirvariləri

Göygölə batırıb çinarla yazıb

Deyirlər Məhsəti rübailəri.

Rübail bir zərrə hikməti böyük

Dörd dayaq üstündə durub dörd bölük.

Hər şair bu yükü qaldıra bilməz

Dünyadan ağırdı bəlkə bu yük.

Rübai kiçikdihikmət kiçikdə

Yüz inci gizlənir hər incəlikdə

Məhsəti növbəyə dursa görərdik

Xəyyama şərikdi birincilikdə.

GÜNƏŞƏ PİYADA

GEDİRƏM HƏLƏ

      

Günəşə piyada gedirəm hələ

Ömür belədi, həyat da belə

Ya külüm dönəcək ilkə, əvvələ

Ya sevinc gələcək şən gülə-gülə.

Günəşin qəlbində yerim var mənim

Orda fəvvarələr atəşfəşandı

Günəşə deməyə sirrim var mənim

Kim bilir bu sirdə nələr yaşandı.

Günəşə piyada gedirəm hələ

Gecəli gündüzlü yolum işıqlı.

Günəşə ziyada gedirəm hələ

Payım bu işıqdan bircə qaşıqdı.

Getməyə gedirəm bilmirəm fəqət

Bu yolu qayıda biləcəyəmmi?

Yerdə yer olmasa bu da fəlakət

Göylərdən yapışıb öləcəyəmmi.

QƏRİBƏ

Loğmanlar ölümün əlində əsir

zaman istəsə o zaman kəsir

Zaman arxayındı ömür tələsir

Bu dünya qəribə dünyadı vallah.

Dünyadan yazanlar getdi dünyadan

Şairlər, ozanlar getdi dünyadan

Dünyada azanlar getdi dünyadan

Bu dünya qəribə dünyadı vallah.

Süallar içində sualdı həyat

Dənizdə buluddan su aldı həyat

Sularla durulur bulanır həyat

Bu dünya qəribə dünyadı vallah.

Bilən yox neçədi yaşı dünyanın

Hardadı ayağı, başı dünyanın

Kimindi torpağı, daşı dünyanın

Bu dünya qəribə dünyadı vallah.

Günəşə piyada getmək olarmı

Gedərsən, məqsədə yetmək olarmı

Özün öz içində itməkolarmı

Bu dünya qəribə dünyadı vallah.

Peşəsi yaratmaq, öldürmək imiş

Çırağı yandırıbsöndürmək imiş

Aləmi özünə güldürmək imiş

Bu dünya qəribə dünyadı vallah.

TAPILMIR

Ayaqyalın çox eldə-obada

Ayaqqabı ondan da çox satılmır.

Papaqsızın ehtiyacı fəryada

Başım açıq papaqtikən tapılmır.

Sirr qalmayıb süfrələrə səriblər,

Qorxaqlara baş bulayır nər illər,

Qönçələri açılmamış dərillər

Gül qoruyan əyri tikan tapılmır.

Təndir var, xəmir var, tabaq da,

Kündələyib yapan da var qabaqda

İndi bir söz hey dolanır dodaqda

Çirmələnib taxıl əkən tapılmır.

Dərs oxuyan çoban olmaq istəmir

Yağlı tikə yavan olmaq istəmir

Arzularım güman olmaq istəmir

Aldatmayan halal dükan tapılmır.

Keçmişingünahkarzirzəmisi var

Yaddaşda yaşayan fəryad səsi var.

Görəsən daha təmənnası var

Zülmət zirzəmini sökən tapılmır.

Dünya suda batır, gəmisi yoxdu

Daha biçiləsi zəmisi yoxdu

Qayğının köməyi- hamısı yoxdu

Sınıq könülləri tikən tapılmır.

QÜRBƏTDƏ AYRILIQ

ƏLİMƏ DÜŞSƏ...

Qürbətdə ayrılıq əlimə düşsə

Üzümü qibləyə döndərəcəyəm.

Əgər vüsal ilə ünvan dəyişsə

Qaytarıb geriyə göndərəcəyəm.

 

Qürbətdə ayrılıq meydan sulayır

İntihar əlində qılınca dönür.

Hər gecə bir qərib boz qurd ulayır,

Günəş ünvansız qürubda sönür.

 

Yaddaş dəftərini hey vərəqləyir

Çəkisi bilinmir xatirələrin.

Uzaqdan bir həzin meh küləkləyir

Nəfəsi mülayim, mənası dərin.

 

Növbəyə dayanır xatirələr

Vətən torpağında süvarilər tək

Bir ömrün yükü var xatirələrdə

Onu necə çəkir görəsən ürək.

 

Gedirəm vüsaldan üzr istəməyə

Qulluq eyləyəcəm yanında qalıb

Həsrət nələr edib, gəl deyə-deyə

Onun hər əzabı yadımda qalıb.

BALIQLAR MƏCNUN OLAR

Bir damla söz cövhəri

Bir dənə göz gövhəri

Düşsə dəniz boyanar

Balıqları oyanar.

 

Bircə ovuc ədalət

Bircə qaşıq məhəbbət

Düşsə sular dayanar

Balıqlar məcnun olar.

 

Bircə nəfəs cinayət

Bircə ağız xəcalət.

Düşsə dəniz qocalar

Onda fəlakət olar.

Dənizdə yalan olmaz

Batanlar qalan olmaz

Öz-özünü təmizlər

Mirvaridə gizlənər.

 

QIŞ GEDİR

Qar yağır göylərin yükü azalır

Yazın gəlişinə süfrə salır

Bahara qalır, qışa qalır

Əl yetsəydi soruşardıq günəşdən.

 

Yarpaqsız ağaclar çiçək açır

Buz salxım altından gedənlər qaçır

Şaxta işıq saçır, ayaz nur saçır?

Yol getsəydi soruşaraq günəşdən.

 

Qar yaman qucaqlayıb çəməni

Yaxın qoymur qar suyunda çiməni.

Bəs zaman göyərəcək səməni-

Əl çatsaydı soruşaraq küləşdən.

GECƏSİZ GÜNDÜZLƏR   

 

Gecələr hardasa küsüb ağlayır

Tapa bilmirəm ki, öpüm üzündən.

Gözlər didəsində zülmət saxlayır

Qoymayır öpəsən qara gözündən.

    

Gözün ağı gündüz qarası gecə

Rənglər qarışır, itmir

necə qucub gör, qaranı necə

Bu sevgi dastanı, vüsalı bitmir.

    

Gecələr gündüzdən niyə gizlənir

Yoxsa özü qara, üzü qaradır.

Bəlkə yerdən qaçıb göy gizlənir

Orda da yoxdursa yurdu hardadı?

    

Gecəni axtarır tutmayır qərar

Döyür qapıları əlində daş.

Gecəsiz gündə yaşamaq olar

Gündüzsüz gecələr olmayaydı kaş.

ÖLÜMÖNÜ FASİLƏ

Gözüaçıq öləndə

Gözləri açıq ölür...

Görsün ki, qənimətdi

Kim bölür, necə bölür.

    

Gözütoxlar öləndə

Gözü doyunca gülür

Həm ölür, həm görür

Kimlər üzdə ağlayır

Kimlər ürəkdən gülür.

    

Kimsəsizlər öləndə

Göz yaşı da tapılmır

Baş yerinə qoymağa

Başdaşı da tapılmır.

    

Yaltaqlar ölən zaman

Qoltuqaltı buzlayır.

Yaltaqlar ölən zaman

Köhnə yara sızlayır.

    

Qatillər ölən zaman

Gözlər qapalı ölür.

Etdiyi cinayətlər

Gözdə topalı ölür.

    

Ölənlərin gözündə

Nələr yaşayır, nələr

Qalın kitab yox imiş

Ölən gözləri qədər.

    

Ariflər ölən zaman

Soruşma necə ölür

Hər gözü bir dünyadı

İki yerə bölünür

Biri yaşanmış dünya

O biri təzə dünya.

Aşğayan batır suya.

 





05.01.2014    çap et  çap et