525.Az

Sabiq Baş prokurorun ölümünün 1 ili tamam olur


 

Sabiq Baş prokurorun ölümünün 1 ili tamam olur<b style="color:red"></b>

Azərbaycan Respublikasının Baş prokuroru olmuş üçüncü dərəcəli ədliyyə müşaviri, general-mayor Murad Babayevin vəfatından bir il keçir.

Yanvarın 6-da Murad Babayevin vəfatının ildönümü ilə əlaqədar Təzəpir məscidində yas mərasimi təşkil olunacaq. Bu barədə mərhumun qızı Nərgiz Babayeva Modern.az saytına bildirib. Mərasimdə böyük vətəndaş, fədakar pedaqoq, sayılıb-seçilən el ağsaqqalı Murad Babayevin əziz xatirəsi anılacaq.

Xatırladaq ki, Azərbaycanın keçmiş baş prokuroru Murad Babayev 2013-cü il yanvarın 6-da qəfil ürəktutmasından dünyasını dəyişib. O, Bakının Binəqədi rayonundakı qəbiristanlıqda dəfn olunub.  

Murad Köçəri oğlu Babayev 1951-ci il 10 dekabr tarxində Cəbrayıl rayonunun Şükürbəyli kəndində Sosialist Əməyi Qəhrəmanının ailəsində dünyaya gəlib. 1968-1973–cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 

1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq,1977-80-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə baş müstəntiq, 1982-ci ilin noyabr ayında Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci il martın 31-də 36 yaşında Azərbaycan Respublikası Baş prokurorun birinci müavini təyin edilib. 26 noyabr 1991-ci ildə isə ölkənin Baş prokuroru vəzifəsinə təyinat alıb. 1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.

1993-cu ilin fevralında isə Bakı şəhər nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb.

Təqaüdə çıxandan sonra M.Babayev Təfəkkür Universitetində Hüquq fakültəsində kafedra müdiri vəzifəsində çalışırdı.

 





05.01.2014    çap et  çap et