525.Az

Biləsuvar sərhəd keçid məntəqəsində yaranan problem aradan qaldırılıb


 

Biləsuvar sərhəd keçid məntəqəsində yaranan problem aradan qaldırılıb<b style="color:red"></b>

Bu gün səhər saatlarından başlayaraq Biləsuvar sərhəd keçid məntəqəsində piyadaların İran tərəfindən Azərbaycana keçməsində yaranmış problemlər artıq aradan qaldırılıb.

Bu barədə APA-nın Cənub bürosuna Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin rəis müavini Mirrafiq Mirsultanov məlumat verib.

Onun sözlərinə görə, İranın gömrük keçid məntəqəsində kompüter sistemində yaranmış nasazlıq səbəbindən piyadaların Azərbaycan tərəfinə keçməsində qısamüddətli fasilə yaranmışdı. Artıq həmin problem həllini tapıb və vətəndaşlar maneəsiz hər iki tərəfə keçə bilirlər.

 





06.01.2014    çap et  çap et