525.Az

Səhiyyə Nazirliyindən yayılmış xəstəliyə münasibət


 

Səhiyyə Nazirliyindən yayılmış xəstəliyə münasibət<b style="color:red"></b> “Son günlər ölkədə insanlar arasında yayılmış qrip xəstəliyi mövsümü xarakter daşıyır”.
 
Bunu Lent.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti,

Səhiyyə Nazirliyinin Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Namiq Əliyev bildirib. Onun sözlərinə görə, son günlər yayılmış adıçəkilən xəstəlik təhlükəli hesab olunmur:
 
“Bu qripin müalicəsi mümkündür və müalicə vaxtında həyata keçirilməlidir”. Baş infeksionist onu da bildirib ki, qriplə bağlı epidemiya halı müşahidə edilmir.
 





07.01.2014    çap et  çap et