Bayram və istirahət günlərində (dekabrın 30-dan yanvarın 7-dək) dəm qazından zəhərlənmə ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 100 müraciət daxil olub.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, dəm qazından zəhərlənmə nəticəsində 67 xəstəxanaya yerləşdirilib, 3 nəfər isə dünyasını dəyişib.
Onun sözlərinə görə, ölüm hadisələri yanvarın 1-də, 3-də və 6-da qeydə alınıb: “Yanvarın 1-də dəm qazından zəhərlənmə nəticəsində yanvarın 1-də Sabunçu rayonunda 50 yaşlı kişi, yanvarın 3-də Xətai rayonunda 23 yaşlı oğlan, yanvarın 6-da isə Qaradağ rayonunun Lökbatan qəsəbəsində 27 yaşlı qadın dünyasını dəyişib”.
Z.Vahidova qeyd edib ki, son 8 gün ərzində paytaxtda 50 yol-nəqliyyat hadisəsi baş verib. Onun sözlərinə görə, hadisələr nəticəsində 12 nəfəri maşın vurub. Avtoqəza, toqquşma nəticəsində 6 nəfər dünyasını dəyişib, yaralılar isə xəstəxanaya yerləşdirilib.
çap et