525.Az

Prezident və xanımı Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər


 

Prezident və xanımı Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər<b style="color:red"></b>

Bu gün paytaxtda çoxprofilli müasir klinikanın - Bakı Sağlamlıq Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Prezidenti və xanımı Bakı Sağlamlıq Mərkəzində yaradılmış şəraitlə tanış oldular.
Səhiyyə naziri Oqtay Şirəliyev yeni tibb ocağı barədə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.

Təməli 2011-ci ildə qoyulan Bakı Sağlamlıq Mərkəzi 550 çarpayılıqdır. Prezident İlham Əliyev 2010-cu il avqustun 6-da Bakı Sağlamlıq Mərkəzinin yaradılması barədə Sərəncam imzalayıb.

Bakı Sağlamlıq Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə işçiləri ilə görüşüb.

Sonda xatirə şəkli çəkdirilib.

 





07.01.2014    çap et  çap et