525.Az

“Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri öldürülüb


 

“Əl-Qaidə”nin “Qafqazlı” ləqəbli lideri öldürülüb<b style="color:red"></b>

İraqda “Əl-Qaidə” ilə əlaqəli olan “İraq və Levantada islam dövləti” adlı radikal dini qruplaşmasının liderlərindən biri, daha çox “Qafqazlı” ləqəbi ilə tanınan Əbu Tafil qətlə yetirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə “Sky News Arabia” peyk telekanalı xəbər yayıb.
 
“Qafqazlı” ləqəbli Əbu Tafil “Əl-Fəluca əmiri” kimi tanınan Abdulla əl-Canabidən sonra “İraq və Levantada islam dövləti” qruplaşmasında ikinci adam sayılırdı. Qeyd edək ki, İraqın qərbindəki Əl-Anbar əyalətində həyata keçirilən antiterror əməliyyatı zamanı Ə.Tafil ilə yanaşı A.Əl-Canabi də qətlə yetirilib. 
 
Son günlər Əl-Anbar əyalətinin Əl-Faluca şəhərində İraq ordusu və özünümüdafiə sünni batalyonunun döyüşçüləri ilə “İraq və Levantada islam dövləti” qruplaşması arasında  döyüşlər gedir. Ordu şəhərə genişmiqyaslı hücuma hazırlaşır. Bu üzdən də yerli sakinlər Əl-Falucadan təxliyə edilir

 





07.01.2014    çap et  çap et