525.Az
Sabah hava yağmursuz olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında çiskin olması gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.
08.01.2014
çap et