525.Az

Diaspor Jurnalistləri Birliyi yaradılıb


 

Diaspor Jurnalistləri Birliyi yaradılıb<b style="color:red"></b>

Azərbaycanda diaspor mövzusunda yazan jurnalistləri bir araya gətirəcək yeni təşkilat yaradılıb. Diaspor Jurnalistləri Birliyi adlanan qurumda ölkənin müxtəlif qəzet və portallarında fəaliyyət göstərən mətbuat nümayəndələri təmsil olunur. Təşkilatdan Modern.az-a verilən məlumata görə, diaspor mövzusundan yazan bir qrup jurnalist 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bir araya gələrək DJB-ını yaratmaq qərarına gəliblər.

 DJB-ın məqsədi ölkə mediasının diaspor mövzusuna diqqətini artırmaq, xaricdəki Azərbaycan diaspor təşkilatları ilə əlaqələr qurmaq, onların fəaliyyətini cəmiyyətə çatdırmaqdır. Bundan başqa təşkilat xarici ölkələrin nüfuzlu KİV-lərində çalışan jurnalistlərlə əlaqələr qurmaq, bu yolla Azərbaycan həqiqətlərinin ayrı-ayrı ölkələrin KİV-lərində yayılmasına nail olmaq istiqamətində də fəaliyyət göstərəcək. Təşkilatın öz planalarını daha aktiv həyata keçirməsi üçün ən qısa zamanda xarici ölkələrdə özəklərinin yaradılması nəzərdə tutulub. DJB-dən o da bildirilib ki, birliyin təşkilati və hüquqi proseduraları başa çatdıqdan sonra onun cəmiyyətə təqdimatı olacaq.

 





08.01.2014    çap et  çap et