525.Az

Yaxşı kitab beyni və həyatı dəyişir


 

Yaxşı kitab beyni və həyatı dəyişir<b style="color:red"></b> ABŞ alimləri yaxşı kitabın insan beyni və həyatını dəyişdiyini sübut edib.
 
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, alimlər Maqnit-Rezonans Tomoqrafiyanın (MRT) yardımı ilə yaxşı kitab oxunan zaman insan beynindəki qarşılıqlı əlaqənin fəallığını müəyyənləşdirib.
 
Atlant ştatının Emori Universitetindən Qriqori Berns MRT vasitəsi ilə yaxşı roman və ya triller oxunan zaman beynin zədələnərək, fiziki dəyişikliyi uğramasını təsdiqləyib. Bu zaman insan özünü kitabdakı baş qəhrəman kimi aparır.
 
Bernsin təcrübəsində 21 nəfər könüllü iştirak edib. İlk 5 gündə onların sağlıq durumu test edilib. Sonrakı 9 gündə onlar yatmazdan öncə  verilən kitabdan hər gün 30 səhifə oxuyub.
 
Bu müddət ərzində könüllülərin hər biri MRT testindən keçib. Kitabın maraqlı hissələri oxunanda tomoqrafiya beynin dəyişikliyə uğramasını dəqiq göstərib.
 





09.01.2014    çap et  çap et