525.Az

Ziya Bünyadov prospektində 4 yerüstü piyada keçidi tikilir


 

Ziya Bünyadov prospektində 4 yerüstü piyada keçidi tikilir<b style="color:red"></b> Yenidən qurulan Ziya Bünyadov prospektində 4 piyada keçidi tikilir.
 
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, keçidlərin hamısı yerüstü olacaq. Hər keçidin uzunluğu 56 metr, eni 3 metr, yerdən hündürlüyü 6 metrdir. Keçidlərdən biri Ziya Bünyadov prospekti 118 ünvanında (“Hyundai”ın mərkəzi servisinin qarşısı), biri Ziya Bünyadov prospekti 3023-cü məhəllədə (“Azpetrol YDM”ın qarşısı), biri Ələsgər Qayıbov küçəsi ilə kəsişmədə, digəri isə Aşqarlar İnstitutunun qarşısında tikilir.
 
Hazırda keçidlərdə dayaq bərkitmə və montaj işləri həyata keçirilir. Piyadaların sərbəst və rahat gediş-gəlişini təmin edəcək keçidlər bu il istifadəyə veriləcək.
 





09.01.2014    çap et  çap et