525.Az

Metroda yenə problem yaşandı


 

Metroda yenə problem yaşandı<b style="color:red"></b> Bakı Metropolitenində yenə problem yaşanıb.
 
Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarında “Dərnəgül” dən “Həzi Aslanov” a  hərəkət edən qatarlar 10 dəqiqədən artıq ləngiyib. Bu isə stansiyalarda sərnişin sıxlığına səbəb olub. Onu da qeyd etmək lazımdır ki, son vaxtlar metroda bu kimi hallara tez-tez rast gəlinir.
 
Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən Lent.az-a bildirdilər ki onlarda bu barədə məlumat yoxdur.  
 





10.01.2014    çap et  çap et