525.Az

Dram Teatrının aktyoru vəfat etdi


 

Dram Teatrının aktyoru vəfat etdi<b style="color:red"></b>

Mingəçevir Dövlət Dram Teatrının aktyoru vəfat edib.

Lent.az-ın El TV-yə istinadən verdiyi məlumata görə, Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aktyoru, tanınmış sənətçi Zülfü Məmmədov uzun sürən xəstəlikdən sonra vəfat edib. O, doğulduğu Goranboy rayonunun Zeyvə kəndində torpağa tapşırılıb.

Sənətkarı ailə üzvləri, yaxın qohumları və sənət dostları son mənzilə yola salıb. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, Zülfü Məmmədovun vəfatı ilə Mingəçevir Dövlət Dram Teatrı özünün əvəzolunmaz simasını itirib.
 

 





10.01.2014    çap et  çap et