525.Az
"İraqdakı qeyri-sabitlik bütün regiona yayıla bilər"
"İraqdakı qeyri-sabitlik regionun digər ölkələrinə də yayıla bilər".
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.
Səfir qeyd edib ki, İraqın Baş naziri Nuri əl-Maliki terrorçu qruplaşmaların ləğv edilməsi yolu ilə ölkədə təhlükəsizlik və sabitliyi əvvəlki səviyyəyə çatdırmağa çalışır: "İran İraq hökumətinə öz dəstəyini bildirib və bunu davam etdirəcək".
O xatırladıb ki, bu yaxınlarda terrorçu qruplaşmalar ölkədə sabitliyi pozmaq üçün İraqın Ənbar vilayətindəki Fəllucə şəhərinə hücum ediblər.
M.Pakayin hesab edir ki, beynəlxalq birlik İraq ordusunu dəstəkləməlidir: "İraq hökuməti ölkədə demokratiyanı uğurla qurur. İraqın gələcəyi ümidverici görünür".
Onun sözlərinə görə, İraqdakı terrorçu qruplaşmalar ölkənin Suriya ilə əlaqələrini pisləşdirməyə çalışır: "Dünya ictimaiyyəti terrorizmə qarşı vahid cəbhədən çıxış etməlidir".
10.01.2014
çap et