525.Az

Müdafiə naziri Gəncəyə gedib


 

Müdafiə naziri Gəncəyə gedib<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni tədris ilinin başlanması ilə əlaqədar bölgələrdə yerləşən hərbi hissələrin hazırlığını yoxlamaq məqsədilə Gəncə şəhərinə gedib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Müdafiə nazirinin rəhbərlik etdiyi heyətin məqsədi hərbi hissələrin maddi-texniki, silah-sursatla təchizatını, aparılan tikinti və quruculuq işlərini, həmçinin, şəxsi heyətin sosial-məişət şəraitini yoxlamaqdır.

 





10.01.2014    çap et  çap et