525.Az

Qənirə Paşayeva Türkiyənin məşhur televiziya verilişinin qonağı olub- Foto


 

Qənirə Paşayeva Türkiyənin məşhur televiziya verilişinin qonağı olub- <b style="color:red">Foto</b>

Millət  vəkili Qənirə Paşayeva "Kanal D" televiziyasında “Abbas Güclü ilə Gənc Baxış” proqramının 3 saatlıq canlı yayımının qonağı olub

525.az-ın məlumatına görə, "Kanal  D" televiziyasında Türkiyənin tanınmış və dəyərli televiziyaçılarından olan  Abbas  Güclünün “Abbas Güclü ilə Gənc Baxış” proqramının 3 saatdan artıq davam edən canlı yayımda qonağı olan millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası  Dostluq  qrupunun  üzvü  Qənirə Paşayeva aparıcının və Amasiya Universiteti tələbələrinin canlı yayımda suallarını cavablandıraraq  ilk öncə  Azərbaycan haqqında, ölkəmizin inkişafı, görülən işlər və böyük layihələr barədə geniş məlumat verib.

Azərbaycanda həyata keçirilən böyük  enerji  layihələrinin nəinki Azərbaycan üçün, Türkiyə üçün və  bütün bölgə ,Avropa  üçün önəmini anladan millət vəkili Qənirə Paşayeva Azərbaycanın artıq Cənubi Qafqaz regionunda aparıcı ölkəsinə çevrildiyini və beynəlxalq aləmdə nüfuzunun  getdikcə  artdığını  qeyd edib.  “Bir millət iki dövlət" olan Azərbaycan ilə  Türkiyə  arasında  bütün sahələrdə əlaqələrin getdikcə daha da inkişaf etdiyini   deyən millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı,  Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib. Millət vəkili deyib ki, BMT Təhlükəsizlik Şurasının 4 məlum, Avropa Şurası Parlament Assambleyasının 14/16 saylı qətnaməsinə rəğmən, Ermənistan ötən illər ərzində öz işğalçılıq siyasətindən bir addım belə geri çəkilməyib. Azərbaycan xalqı bu işğal faktı ilə heç zaman barışmayıb, barışmır və bundan sonra da barışmayacaq deyən  Qənirə  Paşayeva  Azərbaycanın bu istiqamətdə gördüyü işlətrdən də danışıb.

Millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında türk  gənclərinin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. Dağlıq Qarabağ münaqişəsinin bütün Türk dünyasının məsələsi olduğunu deyən millət vəkili: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır.” Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi türk dünyasının böyük liderləri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət iki dövlətdir” – ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: “Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər”, – deyib.

Q. Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına  qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib. O deyib ki, “qondarma erməni soyqırımı”na qarşı mübarizə harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının vəzifəsidir. Q.Paşayeva  Türk gəncliyini  qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması istiqamətində sosial medianın təqdim etdiyi imkanlardan geniş istifadə edib sosial şəbəkələrdə fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva ortaq problemlərimizin daha geniş şəkildə işıqlandırılması və dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini də vurğulayıb. 

Millət vəkili Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi istiqamətində görülən tədbirlərdən danışıb. Millət vəkili bildirib ki, Xocalı Soyqırımı tək azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı törədilmiş bir soyqırımdır,  ona görə milliyyətindən, dinindən, irqindən asılı olmayaraq hər kəs Xocalı Soyqırımını törədənlərin layiqli cəzalarını almaları üçün səy göstərməlidir, Xocalı Soyqırımını törədənlər nəinki tarix qarşısında, ədalət qarşısında da cavab verməlidirlər.

O, 3 saatlıq canlı yayımda gəncləri maraqlandıran bütün sualları cavablandırıb və proqramın arapıcısı Abbas Güclüyə, Gənc Baxış ailəsinə və Kanal D Azərbaycanı daha geniş anlatmağa vəsilə olan bu program üçün təşəkkür edib və Azərbaycan həqiqətləri, mədəniyyəti və musiqisi ilə bağlı materialları, film və diskləri onlara hədiyyə edib.  Azərbaycanı, Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyətini, Azərbaycanmdan bölgəyə və dünyaya baxışı daha yaxşı anlamağa xidmət edən programda iştirakı qəbul etdiyinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkür edən proqramın aparıcısı Abbas Güclü və Amasya Universitetinin rektoru Metin  Orbay da programın Türkiyə toplumunun Azərbaycanı daha da yaxından tanıması və Azərbaycan haqqında daha geniş bilgi əldə edə bilməsi istiqamətində çox faydalı olacağını deyiblər. Rektor Mətin Orbay Universitet adından Gənc Baxış proqramının ailəsinə də xüsusi təşəkkürünü bildirib.  Programa baxa bilməyənlər bu linkdən (http://video.kanald.com.tr/abbasgucluilegencbakis/18122013-Genc-Bakis/21815/1)  və ya Kanal D-nin saytından (http://www.kanald.com.tr) verlişin təkrarına baxa bilərlər.

Bu gün Türkiyənin "Milliyyet" qəzetində Kanal D televiziyasında “ Abbas Güclü ilə Gənc Baxış” proqramının aparıcı və eyni zamanda "Milliyyet" qəzetinin yazarı olan Abbas Güclünün proqramla bağlı "Türkiye ve bölgeye Azeri bakış açısı!" adlı məqaləsi də dərc edilib. Məqaləni bu linkdən oxuya bilərsiniz - http://dunya.milliyet.com.tr/turkiye-ve-bolgeye-azeri-bakis/dunya/ydetay/1819808/default.htm

 





10.01.2014    çap et  çap et