525.Az

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar


 

Ermənilər Azərbaycan Ordusunun əsgərini yaralayıblar<b style="color:red"></b>

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, dünən cəbhənin Tovuz rayonu istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində 1995-ci il təvəllüdlü əsgər Əhədli Tapdıq Firdovsi oğlu düşmən tərəfindən açılan atəşdən güllə yarası alıb.
 
T. Əhədli 2013-cü ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən hərbi xidmətə çağırılıb.

 





13.01.2014    çap et  çap et