525.Az

"Uşağını məktəbə göndərməyən valideynlərlə razılaşma protokolumuz olacaq"


 

"Uşağını məktəbə göndərməyən valideynlərlə razılaşma protokolumuz olacaq"<b style="color:red"></b>

“Seyrəldilmiş şagir cədvəlində 3 tərəfdən ixtisarlara gedirik”.

Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, siniflər müəyyən qrafiklə məktəbə gələcəklər:

“Gələn təkliflərdən biri də şənbə gününün dərs gününə əlavə olunmasıdır. Həftədə dərs saatlarının azlığı, şagird sıxlığının azaldıması ilə çox iri məktəblərdə də optimal nəticəyə gələ bilərik”.

Onun sözlərinə görə, müəyyən qrup valideynlər var ki, pandemiyadan qorxuya düşüb uşaqlarını məktəbə göndərmək istəməyəcəklər:
 
“Belə valideynlərlə razılaşma protokolumuz olacaq. Şagird valideynin nəzarəti altında tele-dərslərə baxmalı və virtual dərslərə qoşulmalı, seyrək cədvəllə də olsa, kiçik və böyük summativlərdə gəlib iştirak etməlidir. Bir qrup valideynin uşağını məktəbə göndərməyəcəyini də nəzərə alsaq şagird sıxlığını azalda biləcəyik”.

 

 





17.08.2020    çap et  çap et