525.Az

Azərbaycan prezidenti Ariel Şaronun vəfatı ilə əlaqədar başsağlığı verib


 

Azərbaycan prezidenti Ariel Şaronun vəfatı ilə əlaqədar başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev İsrail prezidenti Şimon Peresə başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığında deyilir: “İsrail Dövlətinin keçmiş baş naziri, görkəmli dövlət xadimi və siyasi xadim Ariel Şaronun vəfatı xəbəri məni dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, İsrailin keçmiş naziri A. Şaron 2006-cı ildə insult keçirib, 8 il ərzində komada olub. O, yanvarın 11-də 86 yaşında dünyasını dəyişib.

 





13.01.2014    çap et  çap et