525.Az

“Dünya ölkələrinin müasir siyasi sistemləri” (kitab haqqında təəssüratlar)


 

“Dünya ölkələrinin müasir siyasi sistemləri” <b style="color:red">(kitab haqqında təəssüratlar)</b>

filologiya üzrə elmlər doktoru, professor            

Bu gün internet dünyasının virtual imkanları bu imkanların bəşəriyyətə verdiyi dəyər barədə çox danışılmaqdadır. Hətta bu virtual aləmin artıq yazılı nəşrlərikitabı, qəzeti, jurnalı əvəzləməsi barədə geniş disskusiyalar getməkdədir. Doğrudanmı elektronoxuvasitələri ənənəvi nəşriyyatçap məhsullarını tam əvəzləyə bilər? Bu sualı informasiya vasitələrinin sürətli inkişafı meydana gətirir. Ənənəvi nəşriyyat nəsli nostalji hisslərin yaxında olduğundan narahatlıq keçirir, informasiya texnologiyalarına bələdliyi ilə öyünən yeni nəsil hər şeyin elektron dünyasına tabe olacağından qürurla danışır. Ortada bir həqiqət var: hər anın, hər məqamın hadisələrinin anındaca elektronikaya köçürülməsində baş verən obyektiv qeyri-obyektiv səbəblərin doğurduğu səhvlər zamanı, “bir azdan düzəldərikehtimallarına söykənmək bununla da cəmiyyətə səhvlər, fərziyyələrlə dolu qüsurlu informasiyaların ötürülməsinə biganəlik bəzən internetin nüfuzunu azaltmaq, ona istehlakçı inamını qırmağa da gətirib çıxarır. Rusiyanın RTR kanalının məşhur reportyoru aparıcısı S.B.Brilyovun bu günlərdə virtual aləmlə bağlı bir reportajını xatırladım. İnternetlə bağlı bu analitik reportajda jurnalist hər dəfə internet sözünün əvvəlindəfərziyyələr”, “ehtimallar”, “qeyri-dəqiq anlayışlar”, “məsuliyyətsiz informasiya s. kimi epitetlər işlədirdi. internetlə bağlı deyilən bu mənfi epitetlərin hamısında həqiqət vardı. Bu epitetlər məni internetin qarşısında narahatlıq keçirən ənənəvi kitab haqqında düşünməyə məcbur etdi. Doğrudanmı internet onun saytlarındakıkitabənənəviSəfilləri, “Cinayət cəza, “Savaş barışı, “Kəlilə Dimnəni, “Söyüdlü arxı, “Qətl günü, “Beşmərtəbəli evin altıncı mərtəbəsini, “ dəvəni, “ bayraqları v s. bu kimi kitabları əvəzləyə biləcək? Əvəzləyə bilməyəcək ənənəvi kitabın əvəzlənməyəcəyinin iki mühüm səbəbi var: 1. Kitab dünyanın  mədəniyyət atributlarının ən müqəddəsidir; 2. Kitab hər şeylə bərabər, onun müəllifinin oxucu qarşısında dəqiqliyinə, verdiyi informasiyaya, estetik idealına görə cavabdehlik faktıdır. İnternetə yerləşdirilən kitabı istədiyin anda virtual aləmdən çıxara bilərsən, ənənəvi kitab oxucu arasında paylanandan sonra onu geri qaytarmağa heç kimin gücü çatmaz. “Yazıya pozu yoxdurkimi xalq misalı internet versiyasını deyil, ənənəvi yazınıbizim kontekstdə ənənəvi kitabı nəzərdə tutur: yazdınsa, çap etdirib payladınsa peşimançılığa yer yoxdur. Zəhmət çək, yazanda elə yaz ki, mümkün olmayan pozuya ehtiyac qalmasın. Bütün bu miqayisələr eyni şəkildə həm ədəbi-bədii, humanitar kitablara, həm yəqin ki, daha çoxhəm elmi kitablara aiddir.

Ənənəvi kitab, onun müqəddəsliyi, gücü təsiri barədə geniş görünə biləcək düşüncələrə varmağa məni bir monoqrafiya vadar etdi. Tarix elmləri doktoru, professor Əli Həsənovun siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Adil VəliyevinDünya ölkələrinin müasir siyasi sistemlərikitabı. Bu kitab özünün tipoloji xarakterinə görə müəyyən bir mövzunun elmi şərhini ortaya qoyan monoqrafiya kimi , dünya ölkələrinin birər-birərhamısının müasir siyasi sisteminin konkret təhlilini verən ensiklopediya kimi qəbul edilə bilər. Tipoloji əsasın monoqrafiya xarakteri əsərin elmi dəyərini, ensiklopediya xarakteri isə informasiyalılıq dəyərini ortaya qoyur. Məsələn, əsərin lap elə giriş hissəsindəcə siyasi sistem anlayışının izahı çox maraqla qarşılanır. Belə bir dəqiq xatırlatma təqdim olunur ki, “son zamanlar dünya siyasətşünaslıq mərkəzləri politoloqlar dövlətlərin siyasi rejimlərinin, dövlət idarəçilik sistemlərinin, hakimiyyət institutları ictimai-siyasi təşkilatlar arasındakı münasibətlərin xarakterini tədqiq edərək ölkələri daha bir əlamətinəsiyasi sistem fərqinə görə təsnif edirlər”. Qeyd edək ki, dövlətlərlə bağlı son zamanlar gündəmə gələn siyasi rejim fərqlərinə diqqət dünyanın hansı məkanda demokratik, sivil olduğunun, hansı məkanda antidemokratik idarəçiliyin özünü göstərdiyinin elmi-politoloji mənzərəsini yaratmaqla, bunun səbəb nəticələrini ortaya qoymaq bunu nəinki bir dövlətin, konkret bir millətin nəzərinə çatdırmaqla, habelə  bütövlükdə dünya birliyinə mesaj göndərməklə birinciləri tətbiq etmək, ikincilərə müqavimət göstərmək hərəkatına təkan vermiş olur. Kitabın müəllifləri beynəlxalq təcrübədən çıxış edərək belə bir elmi nəticəyə gəlirlər ki, əgərəvvəllər beynəlxalq münasibətlər sistemində ölkələrin daxili siyasət məsələləri, dövlət-vətəndaş, hakimiyyət ictimi-siyasi institutlar arasındakı münasibətlər s. dövlətdaxili idarəçilik məsələləri hər bir milli dövlətin daxili işi hesab edilirdisə, “yeni dünya nizamının bərqərar olduğu XXI əsrdən başlayaraq bu sahələr transmilli xarakter alaraq dünya siyasətinin diqqət mərkəzinə çıxarılmışdır...” Mən qeyd etmək istərdim ki, “yeni dünya nizamının bu tələbinin nəticəsi kimi yaranan beynəlxalq demokratiya institutları, səmimi demokratik ölkələr dünyanı, rejimləri sivil görmək arzusu ilə bəzən hətta, antidemokratik dövlətlərin demokratik hərəkatına dəstək olmaqdan da çəkinmirlər. Doğrudur, bəzən hansısa dövlətin siyasi rejiminin antidemokratikliyinə qarşı mübarizə pərdəsi altında yeni iqtisadi maraqlar, yeni imperiya siyasəti kimi tədbirlərə qol qoyanlar olur. Bir neçə il bundan əvvəl məhz bu pərdə altında Qərbin Ərəb ölkələrinə açıq müdaxilələrini o zaman Rusiyanın Baş naziri postunda oturan V.Putin nahaqdansəlib yürüşüadlandırmamışdı. Elə bu günün özündə davam edən təmənnalı müdaxilələrin perspektivsizliyi sübut edir ki, bumüdaxilələrinyalnız səmimi olanları səmərəlidir. Ona görə qəti əminliklə qeyd edə bilərik ki, “Dünya ölkələrinin müasir siyasi sistemləriəsəri öz elmi yanaşmaları  faktlara cəsarətli münasibəti ilə kimin kim olduğunu da ortaya qoyur.

Kitabda tədqiqatçıların siyasi sistem anlayışına verdiyi elmi izah diqqəti cəlb edir: “... siyasi sistem cəmiyyətin siyasi, sosial, hüquqi, ideoloji, mədəni norma kodekslərinə tabe olaraq, hər bir xalqın tarixi milli ənənələrinə, siyasi dünyagörüşünün mahiyyətinə fəallıq dərəcəsinə uyğun qurulur”. Bu izahdakı xalqın tarixi milli ənənələri, siyasi dünyagörüşünün mahiyyəti fəallıq dərəcələri kimi anlayışlar siyasi sistem quruculuğunun gəlişigözəl atributları deyil, bu sistemin dayaqlarını təşkil edən faktorlardır. Vaxtilə İrana ixrac olunan Qərb demokratiyasının aqibəti məhz bu məsələlərin diqqətə alınmaması ilə, hətta təcrübədən keçmədən iflasa uğradısa, kommunistlərin Şərqi Avropaya ixrac etdikləri sosializm rejimi ələ girəvə düşən kimi aradan qaldırıldısa, inqilabın demokratiyanın ixracının səmərə vermədiyini kimin deməsindən asılı olmayaraq, bir həqiqət kimi diqqətdə saxlanılmalıdır.

Haqqında bəhs etdiyimiz kitabın əsas səmərəsi müəlliflərino siyasi sistemlər effektli hesab olunur ki, onlar inkişafı təmin edir, əhalinin istək arzularını, təşəbbüslərini əks etdirir, azad siyasi rəqabətə, şəffaf idarəçiliyə, vətəndaşdövlət əlaqələrinə, ictimai fikrə ciddi dəstək verirkimi dəqiq postulata söykənmələrində özünü göstərir. Hər kəsin anlaya biləcəyi aydın bir üslubda ifadə olunan siyasi sistem anlayışının məzmunu əsərdə belə izah olunur: “Siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi quruluşu; hakimiyyətin həyata keçirildiyi siyasi münasibətlərin cərəyan etdiyi təsisatlar təşkilatlar sistemini göstərir; siyasi hakimiyyət təsisatların (partiyalar, ictimai təşkilatlar s.) fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönünü müəyyən edir”. Bu dəqiq elmi  izahdan sonra, insan öz ətrafına baxır, öz dövlətinin, idarəçilik sisteminin həmin nəzəri tələblərə cavab veribvermədiyini düşünür. bu düşüncələr zamanı yaşadığın dövlətin siyasi sisteminin xarakterindən asılı olaraq hər bir şüurlu vətəndaşın qəlbində, ideyalarında, fəaliyyətində dünyanı dəyişməkmi, onları inkişaf etdirməkmi kimi sualistəklər yaranır. Vətəndaşın öz ölkəsini demokratik görmək istəyi bu dəqiq məzmundan doğur.

Əsərdə siyasi sistemin strukturunu təşkil edən əsas institutlardövlət, siyasi partiyalar, ictimai hərəkatlar təşkilatların elmi təhlili çox qısa, lakin dəqiq şəkildə öz təhlilini tapır. Məsələn, bu atributlar sırasında dövlət anlayışının belə bir elmi izahı yəqin ki, politoloqdan tutmuş jurnalistədək, siyasətçidən tutmuş elm adamınadək hamıya bu barədə dəqiq bilgi verir: “Hər bir ölkənin siyasi sistemində hakim yer dövlət onun orqanlarına məxsusdur. O, bütün cəmiyyətin təşkilatı çərçivələrini təyin edir, hüquqi normaların köməyi ilə öz vətəndaşlarının mülki təşkilatların davranışını formalaşdırır, təşəbbüslərini dəstəkləyir”. Daha sonra kitabda dövlətin bir çox digər funksiyaları da detalları ilə təqdim olunur.

Burada siyasi partiyaların funksiyası konkret olaraq belə ifadə olunur: “Bu institutlar (siyasi partiyalarC.M.) bir qayda olaraq ayrı-ayrı qruplar (şəxslər) tərəfindən yaradılaraq siyasi hakimiyyətə gəlmək, yaxud ona təsir etmək yolu ilə özlərinin, tərəfdarlarının təmsil etdikləri digər qrupların marağını reallaşdırmaq məqsədi daşıyırlar”. gizlədək, Azərbaycan reallığı uzun müddətsovet dövrü müddətində təkpartiyalı sistemə malik olduğundan bu tək partiya həm hakimiyyət rolunu ifa etdiyindən cəmiyyətin böyük bir hissəsində siyasi partiyanın hakimiyyət uğrunda mübarizəsinə qəribə bir qeyri-elmi münasibət formalaşmışdır. Bəzi jurnalistlərin təhlili yazılarında hər hansı bir partiyanın siyasi hakimiyyətə gəlmək istəyi az qala dövlət çevrilişinə təşəbbüs kimi qiymətləndirilir. Əlimizdəki əsərin siyasi partiyaların funksiyalarına dair dəqiq elmi yanaşmaları belə məqamda elə jurnalistlərin özü üçün vacib informasiya mənbəyi hesab oluna bilər.

Jurnalist demişkən, əsərdə mətbuat da siyasi sistemin əsas tərkib hissəsi kimi təqdim olunur. Doğru göstərilir ki, “demokratiyanın siyasi plüralizmin hökm sürdüyü ölkələrdə mətbuat bütöv cəmiyyətin maraq mənafelərini, yürüdülən siyasətlə bağlı  ictimai rəyi əks etdirərək, dövlət siyasətinə bilavasitə təsir edir”. Təsadüfi deyil ki, demokratiyaya ən kəsə yolun mətbuatdan keçdiyini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın siyasi sisteminin vacib atributlarından olan mətbuatla bağlı yeritdiyi siyasəti belə ifadə edirdi: “Müstəqil, demokratik hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi mətbuat informasiya sahəsində demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit olunmuş fikir söz azadlığı, siyasi plüralizm mətbuat informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir”. “Dünya ölkələrinin müasir siyasi sistemlərimonoqrafiyasının bir çox təhlillərində olduğu kimi, mətbuatla bağlı hissəsində məhz bu ideyaya söykənməsi ayrıca maraq doğurur.

Əsərin maraqlı cəhətlərindən biri budur ki, müəlliflər dövlət idarəçiliyinin, dövlət strukturunda siyasi sistemin vacib atributlarından tutmuş digər bütün faktorlarınadək hər şeyi diqqət mərkəzində saxlamışlar. həm bu atributların izahlarında, təhlillərində dəqiqlik yığcamlıq prinsiplərinə  ciddi əməl olunmuşdur. Məsələn, “hər bir dövlətin xarakterini, siyasi sisteminin əsas məziyyətləriniifadə edən Ali QanununKonstitusiyanın mahiyyəti o qədər aydın izah edilir ki, bu izahdan sonra həmin Ali Qanunun qiymətini oxucu daha dərindən duya bilir: “Konstitusiya  siyasi sistemin strukturunu əks etdirən sənəd ya sənədlər toplusu olmaqla, hakimiyyətin necə bölüşdürüldüyünü, hökumət təsisatlarının funksiyasını   quruluşunu, onların necə fəaliyyət göstərməli olduqlarını müəyyənləşdirir”. Əsərdə Konstitusiyada üç əsas hakimiyyət  institutuna: qanunvericilik, icraedici məhkəmə hakimiyyətinə başlıca yer ayrılır bu institutların prinsipləri barədə dəqiq fikirlər deyilir. Əsərdə daha sonra Konstitusiyanın Ali Qanun olaraq dövlətin müxtəllif sahələrinə dair konkret qanunların mənbəyi olduğu bildirilir belə bir dəqiq fikir nəzərə çatdırılır: “Ölkələrin konstitusiyaları xaraktercə fərqli olsalar da, onların tam əksəriyyəti dövlətin idarə edilməsi fəaliyyətini həyata keçirən institutlara aid mövcud qanunvericilik bazasının əsaslarını təşkil edir”.

Əsərdə siyasi rejim, dövlət rejimi, dövlət idarəçilik formaları, o cümlədən monarxiya, respublika, məhdud hakimiyyətli prezident idarəetmə üsulu, kommunist sisteminin idarəetmə üsulu, məhdudiyyət olmayan prezident idarəetmə üsulu, hərbi rejimli idarəetmə, mütləq formalı idarəetmə üsulu kimi anlayışlar ətrafında konkret informasiyalar verilir.

Əsərin ən maraqlı bölmələrindən biridünyanın demokratikləşməsi tendensiyası dövlətlərin siyasi rejimlərində baş verən dəyişikliklər bağlıdır. Bu hissə müasir dünya dövlətlərinin demokratik idarəçilik sisteminə xüsusi meylinin güclənməsi prosesini önə çəkir. Belə bir maraqlı cəhətə diqqət yetirilir ki, “hazırda dünyada dövlətlərin xüsusiyyətlərini öyrənən təsnifatını aparan xüsusi institutlar qeyrihökumət təşkilatları fəaliyyət göstərir ki, onların əsas işi ayrı-ayrı parametrlər üzrə ölkələrin inkişaf səviyyəsini öyrənmək, demokratiya dərəcəsinə görə yerini müəyyən etməkdən ibarətdir”. Əsərdə belə təşkilatların xarakteri, onların obyektiv, subyektiv fəaliyyətindən doğan faktlar, gəldikləri nəticələrin  tarixi mərhələləri araşdırılır ayrı-ayrı tədqiqatçılara istinadən bu təşkilatların bəzən siyasi maraqlara xidmət etdikləri nəzərə çatdırılır. Demokratik dəyərlərin uzun dövrlərlə formalaşdığı ölkələrindövlətlərin bu dəyərlərə təzəcə yiyələnmək istəyən dövlətlərdə bəzi milli ənənələri, cəmiyyətin xarakterini s. məsələləri nəzərə almadan problemlərə yanaşma tərzi barədə əsərdə maraqlı fikirlər var. bu elmi yanaşma əsərin müəlliflərinin belə bir dəqiq postulata gəlib çıxmalarını şərtləndirir: “Demokratiya başlanğıcı olan, lakin sonu son imkanları hələ heç kim tərəfindən dəqiq müəyyən edilməyən uzun bir inkişaf yoludur”. Həqiqətən transmilli demokratikləşmə dalğası əsasən o ölkələri əhatə edir ki, onlarda artıq neçə illərdir, liberallaşma prosesi həyata keçirilib ictimai fikir, ölkə əhalisinin çoxu demokratik institutlaşma işinə hazırdır”. Dəqiq ifadə edilən bu fikir belə düşünməyə əsas verir ki, demokratik dəyərlər sisteminə, hüquqi dövlət quruculuğuna təzəcə girişən ölkələrdən, məsələn, konkret olaraq postsovet məkanından dərhal bütün sahələrdə demokratikləşməni başa vurmaq kimi bir tələb məsələyə qeyri-elmi yanaşma hesab olunmalıdır.

Hər hansı bir ölkənin demokratik təsisatlara demokratik idarəçilik sisteminə malik olması üçün onun müstəqilliyi ən vacib şərtdir. Ona görə haqqında bəhs edilən əsərin müəllifləri Azərbaycan üzərində dayanarkən belə bir dəqiq fikirdən çıxış edirlər: “Müstəqilliyini əldə etdikdən sonra (1991) dövlət quruculuğu prosesinin həyata keçirilməsi, dövlətin əsaslarının yaradılmasıiqtisadi, siyasi, sosial, mədəni həyatın bütün sahələrinin yenidən qurulması, ölkənin daxili xarici siyasətinin formalaşdırılması Azərbaycan dövlətinin qarşısında dayanan ən mühüm vəzifələr idi. Bütün bunlar ölkə rəhbərliyindən, siyasi institutlardan ictimai təşkilatlardan məsuliyyətli yanaşma ciddi seçim tələb edirdi. Azərbaycanın hansı inkişaf yolunu seçməsi, dövlətvətəndaş münasibətlərinin siyasi idarəçiliyin hansı modelinə üstünlük verməsi təkcə onun daxili inkişafını deyil, həm beynəlxalq aləmdə əlaqələrini, dünya dövlətləri ilə münasibətlərini müəyyən etməli idi”. Bu fikir kitabın birinci fəslinin son cümlələridir bundan sonra gələn ikinci fəsil birbaşaAzərbaycanın siyasi sistemi: formalaşma əsas xarakteristikası əhatə edir. Burada ölkəmizin siyasi sistemini şərtləndirən əsas amillər, müasir dövlət quruluşu, dövlət başçısı, qanunvericilik, icra, məhkəmə hakimiyyəti, siyasi partiyalar ictimai təşkilatlar haqqında ayrıca olaraq Naxçıvan Muxtar Respublikasının siyasi sistemi barədə hər kəsə vacib olan elmi informasiyalar yer alıb. Cəmi dörd səhifəlik bir həcmdə Azərbaycanın tarixi, bu tarixin keşməkeşli, əzablı, lakin həm şərəfli dövlətçilik ənənələri barədə heyrətamiz bir yığcamlıqda çox maraqlı informasiyalar verilmişdir. Müstəqilliyimizin yeni çağda keçdiyi yol da beləcə qısa, lakin zəngin elmi faktlarla oxucuya çatdırılır.

Əsərin səmərəli informasiyalılıq keyfiyyətini təşkil edən məqamlardan biri özünü hər hansı bir problemə elmi yanaşmanın həmin sahəyə dair izahlarında tapır. Həm bu yanaşmalarda müəlliflər tarixi keçmişimizə müasir baxışda çox zaman özünü göstərən populizmdən uzaq olub, hadisələrə, dövrə, zamana obyektiv qiyməti ilə diqqəti cəlb edirlər. Məsələn, Azərbaycanın müstəqillik əldə etməsindən sonra ortaya çıxan tarixə dair bir çox monoqrafiya məqalədə, adətən, ölkəmizin sovet dövrünə birtərəfliyalnız neqativ istiqamətdən baxış hər kəsə yaxşı məlumdur. bu birtərəfliyalnız neqativ hadisələrdən çıxış etmək həmin dövrün hadisələrinə çox da bələd olmayan yeni nəsildə birtərəfli mövqe yaradır. Ə.Həsənov A.Vəliyevin zamana, dövrə elmi yanaşmasının obyektiv xarakterini misal gətirəcəyimiz bircə abzasda aydın görmək olar. Azərbaycan tarixinin müxtəlif dövrlərinə yığcam ekskurs edən müəlliflər  bu  tarixin sovet dövründən bəhs edərkən bolşevik Rusiyasının işğalçılıq siyasəti barədə danışır həm belə bir həqiqəti göstərirlər ki, “Azərbaycan xalqının sovet dövrü (1920-1991) bütövlükdə ümumi imperiya çərçivəsində mövcud olsa da, xalqın maddi-mənəvi inkişafı, respublika həyatında mühüm sosial-iqtisadi uğurları ilə yadda qalmışdır. Xüsusən, 1969-cu ildə Azərbaycana rəhbər təyin edilmiş görkəmli dövlət xadimi Heydər Əliyevin bütün sahələr üzrə həyata keçirdiyi fundamental islahatlar əzəmətli quruculuq işləri, milli şüur milli qürur hisslərinin oyanışına, nəticədə isə XX yüzilliyin 70-80-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni yüksəliş mərhələsinə daxil olmasına səbəb olmuşdur”. Mən əlavə edərdim ki, 1970-1980-ci illərdə Azərbaycanda SSRİ- yüksək vəzifələr tutmuş H.Əliyevin ölkəmizdə təkcə milli-azadlıq hərəkatına təkan verənaltmışıncılarınbədii yaradıcılığına açdığı yol Azərbaycanın yeni müstəqillik uğrunda mübarizəsində müstəsna rol oynamışdır. Bu mənada təkcə M.İbrahimovun, İ.Əfəndiyevin, R.Rzanın, X.Rzanın, İ.Hüseynovun, Anarın, Elçinin, M.Süleymanlının digər onlarca yaradıcı şəxsiyyətin əsərlərinin yayılmasına yaradılan şəraiti xatırlamaq kifayətdir. Bütün bunların nəticəsidir ki, bu günAzərbaycan dövləti demokratik, hüquqi, dünyəvi unitar respublikaxarakterinə sahib olmuşdur. Konstitusiyaya görə Azərbaycan Respublikasında  dövlət hakimiyyətinin əsas mənbəyi xalqdır”. Əsərdə Azərbaycan Respublikasının dövlət quruluşu, dövlət başçısı, qanunvericilik, icra məhkəmə hakimiyyətləri barədə təhlillərdən oxucuya bir daha aydın olur ki, Azərbaycan dünyanın ən demokratik dövlətlərinin tarixi təcrübəsini əsas götürərək, qısa bir müddətdə hüquqi, demokratik dövlət səviyyəsinə yüksəlmişdir.

ƏsərinDünya dövlətlərinin siyasi sistemləriadlanan ikinci hissəsi, respublika idarəçilik sisteminə daxil olan ölkələrə həsr edilib. Bu məqamda əsərin respublika idarəçilik sistemini bir dövlət quruluşu olaraq təhlil etməyi oxucuya xeyli yeni məlumat verir. Qeyd olunur ki, respublika quruluşlu dövlətlərdə hakimiyyətin əsas mənbəyi xalqdır. Bu idarəçilik sistemində dövlətin ali hakimiyyət orqanları vəzifəli şəxsləri vətəndaşlar tərəfindən seçilir. belə bir mühüm cəhət göstərilir ki, “müasir dünyada respublikanın üç əsas növü mövcuddur: parlamentli respublika, prezident idarə-üsuluna əsaslanan respublika bunların qarışıq forması”. Daha sonra respublika quruluşunun həmin növləri kitabda öz təhlilini tapır.

Kitabın əsas hissələrindən birini Prezident Respublikası quruluşlu ölkələrin siyasi sistemləri təşkil edir. Burada Amerika Birləşmiş Ştatlarından başlamış Zambiya Respublikasına qədər 68 dövlətin hamısı haqqında çox maraqlı məlumatlar var. Bu məlumatlar sırasına ölkə haqqında ümumi tarixi faktlar, dövlət quruluşu, inzibati bölgü, dövlət başçısı onun statusu, qanunvericilik, icra, məhkəmə hakimiyyəti, siyasi partiyalar haqqında aydın təhlillər daxildir.

Daha sonra monoqrafiyada Parlament Respublikası tipli dövlətlərin siyasi sistemləri təhlil edilir. Burada ilk növbədə parlament respublikasının xarakteri aydınlaşdırılır. Oxucuya məlum olur ki, “Parlament Respublikasıhökumətin  öz fəaliyyətinə görə qarşısında tam məsuliyyət daşıdığı ali qanunverici orqanın (parlamentin) aliliyi prinsiplərinin elan edilməsi ilə səciyyəvidir”. Burada seçkili orqanların, hökumətin formalaşması, seçki prinsipləri, siyasi partiyaların yeri s. barədə bizə çox vacib olan informasiyalar var. Bu tipli ölkələr sırasına daxil olan dövlətlərin hamısı barədə hər kəsin (mübaliğəsiz olaraq hər kəsin) bilməsi vacib olan informasiyalar var. Almaniyadan başlamış Yunanıstana qədər 44 dövlətin siyasi sisteminin aydın təqdimatının oxucuda xüsusi maraq doğuracağına əminəm.

Yuxarıda qeyd etmişdim ki, respublika idarəçilik sisteminin üç əsas növünü təhlilə çəkən əsərdə parlament prezident idarə üsulunun qarışığı olan üçüncü növ dövlətlər vardır ki, bunlardualist” (qarışıq) formada idarəetmə üsuluna malik respublikalardır. Kitabda respublikanın bu tipinin həm izahı, həm bu idarəetmə tipinə malik ölkələrin xarakteristikası var. Yeri gəlmişkən, belə bir məlumat da maraq doğurur ki, “dualist üsul-idarəli ölkələrdə prezidentlə baş nazir arasında hakimiyyətin səlahiyyətli bölgüsü müxtəlif formalarda ola bilər.

Bu bölgü, əsasən dövlət hökumət başçılarının fərqli siyasi düşərgələri təmsil etdikləri hallarda tətbiq olunur. Fransada bu situasiyada prezident dövlətin xarici siyasətinə, baş nazir isə daxili siyasət kursuna cavabdeh olur”. Daha bir maraqlı aspekti nəzərə çatdırmaq istərdim: “Bir çox digər qarışıq (dualist) idarəetmə sisteminə malik dövlətlərdə xalqın ehtimad göstərdiyi dövlət başçısı, mövcud parlament çoxluğu ilə hesablaşmadan öz hökumətini formalaşdırmaq, habelə bu ziddiyyətli vəziyyətlə bağlı Parlamentlə siyasi konfliktə getmək onu buraxmaq səlahiyyətinə malikdir. Bu hal prezident, parlament respublikalarında de-yure mümkün deyil məhz buna görə dualist idarəetmə sistemi, hakimiyyətin parlament prezident idarəetmə üsuluna malik forması ilə yanaşı, müstəqil bir sistem kimi qəbul edilir”. Kitabda bu idarəetmə sisteminə malik 31 ölkənin, o cümlədən Fransa, Rusiya, Gürcüstan, Litva, Misir Ərəb Respublikası, Ukrayna kimi dövlətlərin siyasi rejimləri barədə müfəssəl məlumatlar var.

MonoqrafiyanınMonarxiya, kommunist, dini digər quruluşlu idarəçilik sisteminə aid olan dövlətləradlanan IV fəsli xüsusi maraq doğurur. Məlum olur ki, dünyanın qloballaşdığı, dəyişdiyi müasir çağımızda da çoxlu sayda monarxiya, kommunist, teokratik mütləq monarxiya tipli xeyli sayda dövlət mövcuddur. Əlbəttə, bəzən dünya siyasi sistemlərinə nabələd adamlarda bu tipli siyasi sistemlər haqqında, məsələn, monarxiya tipli dövlət haqqında təsəvvür tarixən son dərəcə antidemokratik bir sistem kimi qəbul etdiyimiz təsəvvürdən o yana keçmir. Məhz buna görədir ki, monoqrafiyanın müəllifləri monarxiya tipli dövlətlərin demokratik əsaslarını da şərh edir   belə bir fikir xüsusi vurğulanır ki, “bu gün monarxiyaya keçmişin qalığı, bir sıra Avropa dövlətlərində, Yaponiyada isə sadəcə olaraq ənənələrin lazımi dərəcədə qiymətləndirilməsi kimi baxılır”. o da qeyd edilir ki, “monarxiya idarəetmə forması, müasir dünyada hökmranlıq edən xalq hakimiyyəti insanların hüquq bərabərliyi ideyası ilə bir o qədər uzlaşmır. Monarxiyada əsas fiqur sayılan monarx, hakimiyyəti nümayəndələr qaydası ilə deyil, öz iradəsinə uyğun surətdə həyata keçirir. Bütün monarxiya quruluşlu ölkələrdə monarx qanunla toxunulmaz üzərinə heç bir məsuliyyət qoyulmayan zat sayılır”. Daha sonra məlum olur ki, dünyada parlament monarxiyası, konstitusiyalı monarxiya, dualist monarxiya sistemləri vardır. Bunların da hamısının xarakterik xüsusiyyətləri barədə əsərdə yetərincə məlumat almaq mümkündür. Bu sırada dünyada indi 39 ölkə mövcuddur. Lakin oxucunu monarxiya haqqında bəzi yanlış stereotip təsəvvürdən uzaqlaşdırmaq üçün qeyd edim ki, bu gün özünün son dərəcə demokratik ənənələri ilə dünyaya örnək olan Böyük Britaniya, Yaponiya, Danimarka, İsveç, Kanada, Lüksemburq, Norveç kimi dövlətlər monarxiya idarəçilik sisteminə malikdir.

Dövlət idarəçilik sisteminin kommunist tipli ölkələri barədə kitabda maraqlı məlumatlar var. Əlbəttə, bu sistemin dünyada ən tanınan vaxtilə bəzi ölkələr üçüntəcrübərolu oynayan SSRİ artıq yoxdur. Əsərdə hələ kommunist idarəetmə üsulundan daşınmayan Çin, Kuba, Laos, Şimali Koreya, Vyetnam kimi beş ölkənin xarakteristikası özünə yer tapıb. Teokratik mütləq monarxiya tipli dövlətlər sırasında isə oxucu Bruney, İran, Səudiyyə Ərəbistanı, Oman, Qətər kimi beş dövlət haqqında maraqlı məlumatlar alacaqdır.

Hiss olunduğu kimi, mənDünya ölkələrinin müasir siyasi sistemlərimonoqrafiyasından bəhs etdiyim bütün məqamlarda əsərdən geniş sitatlar vermədən ötüşə bilmədim. Yazının bu üslubunun bircə səbəbi var: həmin sitatlar kitabın ayrı-ayrı problemlərə elmi yanaşma məqamlarını hər kəsdən hər şeydən aydın izah edir. Bu yazıda əsas məqsəd həmin əsərin geniş oxucu kütləsi üçün qədər gərəkli olduğunu bildirmək olduğundan həmin üsuldan istifadəni məqbul saydım. Əlbəttə, nəşriyyatın kitaba annotasiyasında onun geniş oxucu kütləsi üçün  nəzərdə tutulduğu, habelə ondan ali məktəblərin politologiya, beynəlxalq münasibətlər beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr, doktorantlar digər müvafiq ixtisas sahiblərinin dərs vəsaiti kimi istifadə edə biləcəkləri vurğulanır. Lakin mən xüsusi qeyd etmək istərdim ki, bu əsər özlərinin gündəlik fəaliyyətlərində hər an xarici xəbərlərlə işləyən jurnalist zümrəsi üçün, qeyri-hökumət təşkilatlarının fəalları üçün, hakimiyyətə can atan siyasi partiyalar üçün, səfirliklərdə çalışan diplomatlarımız üçün daha kimlər... kimlər üçün çox maraqlı bir mənbədir. Dünya dövlətləri haqqında geniş bilgilər verən qiymətli bir ensiklopedik mənbə!  

 





13.01.2014    çap et  çap et