525.Az

Sosial müdafiə nədir?


 

Sosial müdafiə nədir?<b style="color:red"></b>

İnsan həyatında təhlükənin hər an baş verə biləcəyini, istənilən zaman hansısa neqativ hadisəylə üzləşməsi mümkünlüyünü nəzərə alsaq, deyə bilərik ki, insan övladının sosial müdafiəyə ehtiyac instinkti bəşəriyyətin yaşı qədər qədimdir. Tarix boyunca həmişə insanlar özlərinin ailələrinin həyatını mümkün təhlükələrdən qorumaq zərurəti hiss etdiyindən bir qayda olaraq müxtəlif üsullar axtarıb tapmağa çalışıb.

Təbiətin sosial həyatın yaratdığı çətinliklərlə üzə-üzə qalan insanlar mövcud təhlükələrdən müdafiə olunmaq məqsədilə yollar axtarıb,  bu təhlükənin yarada biləcəyi  problemlərin, o cümlədən yoxsulluq probleminin həlli üçün daim axtarışda olublar. Xəstəlik, yaşlılıq kimi qaçılmaz sosial risklər tarixin ən müxtləif dönəmlərində bir qayda olaraq insanları aclıq səfalət təhlükəsi ilə üzləşməyə məhkum edib. Bu riskləri aradan qaldırmaq ya yüngülləşdirmək məqsədi ilə daim axtarışda olan insan cəmiyyətləri zaman keçdikcə, mərhələ-mərhələ sosial müdafiə sistemi modelini yaradıb ki, bu gün bu model hələlik sosial siyasətin ən fundamental parçası kimi qiymətləndirilə bilər.

Sosial müdafiə mahiyyətcə geniş əhatəli məsələ olduğundan onun bütün xüsusiyyətlərini özündə ehtiva edən bir tərifin verilməsi hətta indiyəcən bu sahə ilə məşğul olan mütəxəssislərə çətinlik yaradıb. Buna görə mövzu ilə əlaqədar müəlliflər arasında tərif vermək məsələsində müxtəlif fikir ayrılıqları var. Sosial müdafiə anlayışı fərdin qarşılaşacağı həyatı üçün təhlükə yaradan hadisələrə, yəni sosial risklərə qarşı təminat axtarışının nəticəsi, sosial risk isə insanların gəlirlərinin azalmasına, xərclərinin artmasına təsir edən hadisələrdir. İstər xəstəlik, qəza, ölüm halları kimi kədərli, istərsə ailə qurmaq, övladın dünyaya gəlişi kimi sevindirici hadisələri xərcin artması gəlirin azalması səbəbindən sosial risk anlayışının tərkib hissəsi olaraq qiymətləndirilir.

Sosial müdafiə yalnız sosial risklərə qarşı deyil, geniş mənada yoxsulluqdan sosial ehtiyaclardan qorunma cəhdidir. Bu mənada sosial siyasətin əsas xətti olan sosial müdafiə modeli fərdləri gözlənilən təhlükələrdən qorunmaqla yanaşı, həm cəmiyyətdə yoxsulluğu gəlirlərin bölüşdürülməsindəki ədalətsizlikləri azaltmaq sosial rifahı gücləndirmək məqsədi daşıyır. Sosial müdafiə sistemi geniş mənada, gəlirindən asılı olmayaraq əhalinin bütün təbəqələrini cəmiyyətin rifahına mənfi təsir göstərən sosial təhlükələrin verdiyi zərərlərdən qorumağı, vətəndaşların hüquqlarını müdafiə etməyi qarşısına məqsəd qoyan bir sistemdir.

Sosial müdafiə anlayışına lokal qlobal mənada iki fərqli yanaşma ola bilər. Lokal mənada sosial müdafiə insanların istək iradələri xaricində meydana gələn, əqli fiziki sağlamlıq imkanlarına zərər verməklə əmək qabiliyyəti itkisinə gəlirin azalmasına gətirib çıxaran təhlükəli zərərlərdən müdafiə təminatını ifadə edir.  Bu baxımdan sosial müdafiə; xəstəlik,  peşə qəzası, yaşlılıq, əlillik, hamiləlik işsizlik kimi təhlükələrlə qarşılaşacağı təqdirdə fərdin, ölüm təhlükəsinə qarşı isə onun varislərinin dolanışığının təmin edilməsinə zəmanət verir.

 Qlobal mənada isə sosial müdafiə insanın təməl hüquqlarından dövlətin vəzifələrindən biri olaraq, “əmək qabiliyyəti olmayan müddətdə gəlir itkilərinin kompensasiya edilməsi yoluyla, bütün fərdlərə ailələrə yaşadıqları cəmiyyətdə onları başqalarına möhtac qalmayacaq şəkildə, insan şərəf ləyaqətinə yaraşan minimum bir həyat standartını təmin etməyi hədəf alan tədbirlər planıolaraq təsvir edilir. Qısacası, sosial müdafiə cəmiyyətin bütün sosial təbəqələrinin fərdlərinin gələcəyini təminat altına almaqla  insanlara sabahın narahatçılığından xilas olmaq sosial hüquqlarının müdafiəsinin möhkəmliyinə əminlik yaratmaq hissinin yaşadılmasıdır.

Ayxan MƏCİDOV

 





13.01.2014    çap et  çap et